• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bankın eks-rəhbəri həbs olundu

Azərbaycanda bankın eks-rəhbəri həbs olundu
29.11.2017 19:36
Hazırda ləğvetmə prosesində olan "Atrabank” ASC-nin sabiq vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Əmanətlərin Sığortalanması Fondundan daxil olmuş materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluqdan verilən məlumata görə, müəyyən edilib ki, bankın İdarə Heyətinin sabiq sədri Nəbiyev Elmixan Nəbi oğlu həmin vəzifədə işləyərkən Mərkəzi Bankın İdarə Heyətinin banklarda məcmu kapitalının minimum miqdarının 50.000.000 manat müəyyən edilməsi haqqında 25 iyul 2012-ci il tarixli qərarında nəzərdə tutulmuş şərtləri pozub.

Belə ki, o, bankın lisenziyasının ləğv olunmasının qarşısını almaq və bankın fəaliyyətinin davam etdirilməsi ilə əlaqədar nizamnamə kapitalının artırılması üçün faktiki movcud olmayan maliyyə vəsaitləri üzrə özünün iştirakı ilə yaradılan və yaxın münasibətləri olduğu ayrı-ayrı şəxslərin adına rəsmiləşdirilmiş formal, heç bir fəaliyyəti olmayan özəl müəssisələri təşkil edib.

Onların adlarına, o cümlədən "Kristal Fermer” MMC-nin direktoru Heydərov Eldar Müslüm oğluna 3.500.000 manat, "Günel-R” firmasının direktoru Arazov Ağamirzə İmammirzə oğluna 1.000.000 ABŞ dolları, həmçinin "Bəyaz” firmasının direktoru Gərayzadə Rəşadət Hacağa oğluna 1.000.000 ABŞ dolları olmaqla, ümumilikdə 6.705.600 manat məbləğində qanunsuz kreditlər rəsmiləşdirib.

E.Nəbiyevə Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol