• $
  • €
  • ₽
  • ₺
  • £

Məleykə Abbaszadə: Ən pis vəziyyət bu rayonlardadır

Məleykə Abbaszadə: Ən pis vəziyyət bu rayonlardadır
02.12.2017 09:44
Azərbaycanın bəzi rayonlarında qızlar 9-cu sinfədək təhsil ala bilmirlər.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, 1-ci sinfə getdikdə oğlan və qızların nisbəti təxminən yarıbayarı olur: "Amma bəzi rayonlarda məzunların 60 faizindən çoxu oğlandır. Bu isə təbii amillərlə bağlı deyil. Bu, o deməkdir ki, qızlar 9-cu sinfə gəlib çatmayıblar. Müəyyən rayonlarda isə oğlan məzunların sayı 48 faizdən azdır. Bu, o deməkdir ki, oğlanlar 13-14 yaşlarından təsərrüfat işlərinə və s. cəlb olunur və artıq 9-cu sinfə gəlib çatmırlar”.

M.Abbaszadə qeyd edib ki, icbari təhsil başa çatdıqdan sonra 9-cu sinfi bitirən məzunların 30-35 faizi təhsilini davam etdirmir:

"Onlar kolleclərə qəbul üçün sənəd vermirlər. Ən yaxşı halda əmək fəaliyyətinə başlayır, ən pis halda isə işsiz olurlar. Çünki peşələri də yoxdur”.

M.Abbaszadə qeyd edib ki, bu səbəbdən gələcəkdə rayonlarında sosial-iqtisadi, demoqrafik həyatında müəyyən problemlər yarana bilər.

Direktorlar Şurasının sədri bildirib ki, sadalanan gender məsələləri ilə əlaqədar ən pis vəziyyət Sabirabad və İmişli rayonlarındadır.

M.Abbaszadə onu da əlavə edib ki, bu il 9-cu sinfi təxminən 110 min, 11-ci sinfi isə 80 min məzun bitirib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol