• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bu narkotik növü leqallaşa bilər

Azərbaycanda bu narkotik növü leqallaşa bilər
02.12.2017 17:45
Gürcüstanın Konstitusiya Məhkəməsi "Vətəndaş Givi Şanidze Gürcüstan Parlamentinə qarşı” işi üzrə irəli sürülmüş iddianı təmin edərək, marixuananın istifadəsinə görə cinayət cəzasını ləğv edib. Bu isə marixuananın Qafqazda leqallaşması istiqamətində ilk presedentdir.

Məsələ ilə bağlı axar.az-a danışan beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev bildirib ki, hazırda dünyada marixuananın leqallaşdırılması tendensiyası gedir:

"Amma bu leqallaşma daha çox istifadə və şəxsi təsərrüfatda əkilməsi ilə bağlıdır. Marixuananın əkilməsi, istifadəsi və ya satışı başqa-başqa anlayışlardır. Onun bir çox ölkələrdə sərbəst satışı ya tamamilə qadağandır, ya da lisenziya ilə mümkündür. İstifadəsinə gəldikdə isə müəyyən istehlak miqdarına qədər bu, cinayət sayılmır. Azərbaycanın özündə bir insanın üzərində 5 qrama qədər marixuana tapılsa, bunun üçün o, cinayət məsuliyyətinə cəlb olunmur. Fərqli ölkələrdə bunun qramına görə cinayət məsuliyyətinə cəlbolunma fərqlidir. Məsələn, Ukraynada 5 q, Rusiyada 6 q, Estoniyada 7.5 q, Çexiyada 15 q, İtaliyada 10 q, Kolumbiyada 22 q və s. cinayət məsuliyyəti yaratmır. Bu, istifadə üçün nəzərdə tutulan miqdardır. Bəzi ölkələrdə isə qanunvericilikdə onun əkilməsinə də icazə verilir. Məsələn, İsveçrədə 4 kol, İtaliyada 5 kola icazə verilir, Hollandiyada isə ümumiyyətlə marixuana əkilməsinə məhdudiyyət yoxdur. Avropada marixuananın ən çox istifadə edildiyi ölkə İslandiyadır, belə ki, buradakı əhalinin 19%-i marixuana çəkir”.


F.Mehdiyev qeyd edib ki, dünyada marixuananın sərbəst satıldığı ölkələr də var:


"Dünyada yalnız 4 ölkədə - Nepal, Kamboca, Peru, Kanadada marixuana sərbəst satışdadır. ABŞ-ın ştatlarının bəzilərində marixuananın istifadəsi və əkilməsi icazəlidir, bəzilərində isə sərbəstdir. Məsələn, Alyaskada 4 kola qədər əkib ondan istifadə etməyə icazə verilir. Paytaxt Vaşinqtonda isə istifadə baxımından 15 qrama qədər məhdudiyyət var, satışı isə qadağandır. Federal mülkiyyətdə marixuananın çəkilməsi yolverilməz hal hesab olunur. Bəzi ölkələrdə isə xərçəng xəstəliyindən əziyyət çəkən insanlara marixuana istifadəsi sərbəstdir. Çünki o, ağrıları müəyyən dərəcədə azaldır”.

F.Mehdiyev vurğulayıb ki, şərti istehlak miqdarı qədər bir çox ölkələrdə marixuanadan istifadə edənlər çoxdur:

"Onlar cinayət məsuliyyətinə cəlb olunmasa da, polis həmin şəxsi tutub onu necə əldə etdiyini soruşa bilir. Çünki onun satışı qadağandır və satanlar da cinayət məsuliyyətinə cəlb edilir. Həmin şəxs ağlabatan şəkildə marixuananı hardan aldığını izah etməlidir. Azərbaycanda həmin şəxs desə ki, kolunu əkmişəm, o zaman həmin şəxs cinayət məsuliyyətinə cəlb olunacaq. Çünki marixuananın kolu 5 qramdan çox olur”.

F.Mehdiyevin sözlərinə görə, presedent yaranıbsa, gec-tez bunun Azərbaycanda da tətbiqi mümkündür:

"Ancaq insanlar bütün növ narkotiklərdən də, siqaretdən də uzaq olmalıdırlar. Könüllü intiharı qadağan edən qanun yoxdursa, bu o demək deyil ki, insan özünü məhv etməlidir”.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol