İcra hakimiyyətinin işçisi ağır qəza törətdi: Ölən var

Tərtər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Report-un məlumatına görə, "Toyota Land Cruiser" markalı avtomobillə "Kia" markalı avtomobil toqquşub.
Hadisə zamanı daha iki nəfər xəsarət alıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.
www.anews.az
Hadisə nəticəsində "Kia"nın sürücüsü Elşad Abbasov ölüb.
Qeyd edək ki, "Kia" ilə toqquşmuş "Toyota Land Cruiser" markalı avtomobilin sürücüsü Bərdə Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə Orqanları ilə İş üzrə Şöbə müdiri Zaur Bəylərovdur.
www.anews.az
























