• $
  • €
  • ₽
  • ₺
  • £

Bəzi məktəblərə muxtariyyət veriləcək

Bəzi məktəblərə muxtariyyət veriləcək
15.12.2017 13:30
"Bəzi məktəblərə müəyyən çərçivələrdə fənlərlə, məzmunla bağlı muxtariyyət veriləcək".

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, kurikulum sistemi ilə bağlı hazırlanan yeni standartlara edilən əsas dəyişiklikdə öz keyfiyyətləri ilə seçilən, təmayüllü məktəblərə müəyyən çərçivələrdə fənlərlə, məzmunla bağlı muxtariyyətin verilməsi məsələsi yer alacaq: "Hazırki kurikulum sistemi buna imkan vermir. İlkin mərhələdə bu çox az sayda məktəblərə şamil olunacaq. Bu məktəbləri Təhsil Nazirliyi seçəcək. Məktəblər öz fənlərini müəyyən etməkdə daha çox muxtariyyət əldə edəcəklər".

Şöbə müdiri əlavə edib ki, yeni standartlar hazırsa ictimai müzakirəyə təqdim olunub: "Yeni standartlarda müəyyən fərqliliklər var. Belə ki,standartlara dəyərlər də əlavə olunub. Məsuliyyətlilik, çalışqanlığı tədrisin bir hissəsi kimi görürük. İlk vaxtlar kurikulum sistemində mövzu əsas rol oynayırdı. 2008-ci ildən isə bu günə qədərə bilik və bacarığa əsaslanan kurikulum sistemi idi. Xeyirxahlıq, vətənpərvərlik, sevginin aşılanması yeni əlavə olunan dəyərlərdə öz əksini tapıb".

O qeyd edib ki, sənədin müzakirələri zamanı təkliflər gözlənilir, bundan sonra sənəd təsdiq üçün hökumətə göndəriləcək. Bizim təhsili məzmunu ilə bağlı ümumi anlayışlar təkmilləşməlidir. Yeni kurikulum təhsildə deqredasiyaya səbəb olmayıb. Kurikulum həmişə təkmilləşən, zamanın tələbinə cavab verən sənəd olmalıdır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol