• $
  • €
  • ₽
  • ₺
  • £

Fədayə Laçın bacısına yalvardı: “Ona de, məni bağışlasın”

Fədayə Laçın bacısına yalvardı: “Ona de, məni bağışlasın”
20.12.2017 16:07
İlahə Fəda bacısı Fədayə Laçın həbsdən buraxılandan sonra səhnə fəaliyyətini bərpa edəcək.

Yeniçag.az-a açıqlama verən İlahə artıq telekanallardan dəvət də aldığını deyib:

"Müəyyən vaxt ərzində yaradıcılığıma fasilə verdim. Çünki bizneslə məşğul olmağa başladım. Məqsədim də anama, bacılarıma kömək etmək idi. Buna görə toylara da getmədim. Lakin müflis oldum. Efirlərə çıxmasam da, müxtəlif ölkələrdə silsilə konsertlər vermişəm. Lakin heç vaxt konsertlərimi reklam etməmişəm. Çünki reklam üçün pul xərcləmək lazımdır. Mən də bunu istəməmişəm. Bu gün də yaradıcılığımla məşğulam. Hələ üzə çıxarmadığım o qədər mahnılar var ki… İnşallah, onları bir-bir dinləyicilərimə təqdim edəcəm. Artıq bir neçə telekanaldan dəvətlər də almışam. Lakin hələ gözləyirəm. Çünki həyatımın ən ağır dönəmlərindən birini yaşayıram. Düşünürəm ki, efirə çıxsam, ağzıgöyçəklər min cür söz qoşacaq. Deyəcəklər ki, utanmır, bacısı həbsdə əziyyət çəkir, amma bu çıxıb efirdə mahnı oxuyur”.

İlahə bacısı ilə duet də oxuyacağını bildirib:

"Bizim Fədayə ilə birgə məclislərdə oxuduğumuz canlı duetlərimiz var. İnşallah nə vaxtsa, yenidən duetlər ifa edib, yazdırarıq. Hələ ki, gec deyil”.

Sənətçi bacısının həbsindən də danışıb:

"Həbsdən sonra bacımın üzünü görməsəm də, telefonla danışırıq. Sonuncu dəfə zəng edəndə yalvardı ki, anama denən, məni bağışlasın. Bilir ki, anam, bacılarım ona görə çox əziyyət çəkir”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol