• $
  • €
  • ₽
  • ₺
  • £

Autizmlilər İdman Klubu ilin ən yaxşılarını mükafatlandırdı — FOTOLAR

Autizmlilər İdman Klubu ilin ən yaxşılarını mükafatlandırdı — FOTOLAR
21.12.2017 15:56
Autizmlilər İdman Klubu İctimai Birliyi ilin ən yaxşılarını mükafatlandırıb.

İctimai Birliyin mətbuat xidmətindən Panorama.az-a verilən məlumata görə, dekabrın 20-də Bakıda Autizmlilər İdman Klubu İctimai Birliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 2017-ci ilin yekunlarına həsr olunmuş mükafatlandırma mərasimi təşkil olunub. Tədbirdə Milli Məclisin Gənclər və idman komitəsinin sədri, millət vəkili Fuad Muradov, Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Elmira Axundova, ikiqat Paralimpiya və dünya çempionu İlham Zəkiyev, idman ictimaiyyətinin digər nümayəndələri, Türkiyədən gələn nümayəndə heyəti və «Neftçi», «Xəzər», «Səbail» futbol klublarının rəsmiləri, Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, bir sıra özəl və dövlət şirkətləri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən millət vəkili Fuad Muradova Autizmli uşaqlarla bağlı belə tədbirlərin tez-tez təşkil etdiyi üçün AİK rəhbəri Elnur Məmmədova uğurlar arzulayıb. Fuad Muradov həmçinin öz növbəsində ölkədə autizmli uşaqlara xüsusi qayğı göstərilməsini və bunun artıq qanunvericiliyə salınması ilə bağlı işlərin getdiyini də açıqlayıb. Tədbirin sonunda üç nominasiya üzrə mükafatlar təqdim olunub.

"İlin ən yaxşı təlimçisi” adına Alim Qasımov, Nail Səfərov, Sərvər Halaylı Zaur Hüseynov və İlham Osmanlı layiq görülüblər. Toğrul Mirzəyev,Asim Fərzəliyev, Kamal Bayramov, Xaqan Əliyev, İsmayıl Ağayev və Elnar Məmmədov "İlin ən yaxşı idmançısı” nominasiyasında fərqləniblər. "İlin ən yaxşı idman klubu” nominasiyasında mükafat Bakı Autizm İdman Klubuna təqdim olunub.
 





www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol