• $
  • €
  • ₽
  • ₺
  • £

İctimai nəqliyyatda siqaret qadağan edilir

İctimai nəqliyyatda siqaret qadağan edilir
05.01.2018 15:29
"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunun 10-cu maddəsinin 1.12-ci bəndinə əsasən, müntəzəm şəhərdaxili avtobuslar və taksi minik avtomobilləri tütündən istifadənin məhdudlaşdırıldığı yerlərdən biri kimi müəyyən edilib. Qanunun tələbinin qısa vaxtda icrasının təmin edilməsi ilə bağlı daşıyıcılara göstəriş verilib.

Bu barədə AzVision.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Bildirilir ki, BNA-da müntəzəm sərnişindaşıma və taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərlə görüş keçirilib. Görüşdə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikasının Qanunu”ndan irəli gələn bir sıra tədbirlərin icrası ilə bağlı məsələlər müzakirə olunub. Bildirilib ki, bu qanun ölkə əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Diqqətə çatdırılıb ki, qanunun 10-cu maddəsinin 1.12-ci bəndinə əsasən müntəzəm şəhərdaxili avtobuslar və taksi minik avtomobilləri tütündən istifadənin məhdudlaşdırıldığı yerlərdən biri kimi müəyyən edilib. Qanun tələbinin qısa vaxtda icrasının təmin edilməsi ilə bağlı daşıyıcılara göstəriş verilib. Bununla əlaqədar istehsalat bazalarında sürücülərlə müvafiq izahat işlərinin aparılması, sərnişinlərlə münasibətdə etik-davranış qaydalarına əməl edilməsi, həmçinin, nəqliyyat vasitəsinin təhlükəsiz idarəedilməsi ilə bağlı təlimatların verilməsi tapşırılıb.

Bir daha daşıyıcıların diqqətinə çatdırılıb ki, sərnişinlərin rahatlığı və təhlükəsizliyi baxımından müvafiq qanunlarla müəyyən edilən tələblərə əməl etməyən daşıyıcılarla bağlı ciddi tədbirlər görüləcək.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol