• $
  • €
  • ₽
  • ₺
  • £

104 yaşlı çeçen qadını Kərbəla adına Gədəbəyə göndəriblər

104 yaşlı çeçen qadını Kərbəla adına Gədəbəyə göndəriblər
05.01.2018 16:31
Çeçenistan sakini olan 104 yaşlı qarı Yeni il ərəfəsində Azərbaycanın Gədəbəy rayonunda küçədə soyuqdan donarkən tapılıb və Bakıda sığınacağa yerləşdirilib. 

AzVision.az xəbər verir ki, bu barədə virtualaz.org-a qadına sığınacaq verən "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyindən məlumat veriblər.

Pasport məlumatlarına görə düz 104 yaşı olan Mədinə Əliyevanı Gədəbəy rayon Polis İdarəsinin əməkdaşları küçədə soyuqdan donmuş halda tapıblar. 1 əsrdən çox yaşamış qadına Gədəbəydə ilkin tibbi yardım göstərilib, isti paltar, yemək verilib. Yanvarın 1-də isə onu Bakıya - "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına göndəriblər.

İctimai birliyin rəhbəri Mehriban Zeynalova deyib ki, sənədlərində Mədinə Əliyevanın 1914-cü ildə doğulduğu qeyd edilir. Qadın Rusiya vətəndaşıdır, Çeçenistanda qeydiyyatdadır, lakin Azərbaycan dilində sərbəst danışır. O, Gədəbəyə necə gəldiyini xatırlamır.

Mədinə Əliyeva çətin həyat sürdüyünü deyir, bildirdiyinə görə sovet dövründə sürgün edilib, övladı olmayıb. "Anam çeçen, atam ərəbdir. Məkkədə doğulub, böyümüşəm. Sonradan anam məni götürərək Çeçenistana qayıdıb. Oradan isə sürgün edilmişik”, - Mədinə Əliyeva özü barədə bunları deyib.

Danışdıqlarına əsasən Çeçenistanda Mədinə Əliyevaya atasının dostu sahib çıxıb. 15 yaşında ərə verilib. Lakin övladı olmayıb, həyat yoldaşı dünyasını dəyişəndən sonra alverlə dolanıb. Əliyeva deyir ki, Azərbaycandan mal alaraq Çeçenistanda satırmış. Son 2 ilə qədər Azərbaycana mütəmadi gəlib-gedib, dilimizi də elə alverçilərdən öyrənib.

Mehriban Zeynalova bildirib ki, Mədinə Əliyeva Çeçenistandan Kərbəla ziyarətinə getmək üçün yola çıxdığını, lakin 3 qadın tərəfindən aldadılaraq Azərbaycana gətirildiyini deyir. Bildirir ki, 200 dollar pulu, sənədləri və qulağındakı qızıl sırğalar oğurlanıb.

"Mədinə Əliyeva izahatında göstərib ki, qulaqlarındakı sırğa, pul və sənədlərini 3 qadın götürüb. Onu Gədəbəyə niyə apardıqları da bəlli deyil. Hazırda araşdırma aparılır”, - M.Zeynalova əlavə edib.

M.Əliyeva yeriməkdə çətinlik çəkir, kömək olmadan yemək yeyə, özünə baxa bilmir. Buna baxmayaraq, Çeçenistanda evi olduğunu, geri qayıtmaq istədiyini deyib. Buna görə də, o, Bakının Xətai rayon ərazisində yerləşən Tereza Ana sığınacağına köçürülüb. Onun Çeçenistana köçürülüb-köçürülməyəcəyi yaxın günlərdə bəlli olacaq.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol