• $
  • €
  • ₽
  • ₺
  • £

AzTA sədri: "Türklərin 80 faizi Azərbaycana işə görə gəlir"

AzTA sədri: "Türklərin 80 faizi Azərbaycana işə görə gəlir"
09.01.2018 19:19
Xəbər verdiyimiz kimi, 2017-ci ildə Azərbaycana 301 553 nəfər Türkiyə vətəndaşı səfər edib. Bu rəqəmlər 2016-cı illə müqayisədə azdır. Ümumilikdə isə ötəl il Türkiyədən Azərbaycana gələnlərin sayında 11 790 nəfər azalma müşahidə edilib.

Azərbaycan Turizm Assosasiyasının (AzTA) sədri Nahid Bağırov AzVision.az-a bildirib ki, Türkiyədən Azərbaycana gələn şəxslərin əksəriyyəti iş adamlarıdır.

"Turizm növləri müxtəlifdir: iş turizmi, xizək turizmi, ekoturizm və s. Türkiyədən ölkəmizə gələnlərin əksəriyyəti iş adamları və Azərbaycanda biznesləri olan türk vətəndaşlarıdır. Bu şəxsləri müəyyən mənada turist hesab etmirəm”.

N.Bağırov qeyd edib ki, Türkiyə vətəndaşlarının 80 faizi Azərbaycana işlə bağlı səfər edir: "Türkiyədən Azərbaycana gələn turistlərin sayının azalması bizdən asılı olan məsələ deyil. Say azalması bizim Türkiyədə təbliğatımızın zəif olması və xidmətin normal olmaması ilə bağlı deyil. Əksinə Azərbaycana turizm məqsədilə gələn türklərin sayında ciddi artım var. Onların Bakıya, bölgələrimizə marağı artıb”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol