• $
  • €
  • ₽
  • ₺
  • £

Bu dərmanı qəbul edən 5 gün sonra ölür - RƏSMİ CAVAB

Bu dərmanı qəbul edən 5 gün sonra ölür - RƏSMİ CAVAB
20.01.2018 08:57
"Paracetamol 500" adlı dərman İsraildən ölkəmizə idxal edilib. Bunu içəndə ilk 5 gün adam özünü çox yaxşı hiss edir, sonra isə qəfildən dünyasını dəyişir. Bu, insanları öldürmək üçün göndərilib. Diqqətli olun, bu məlumatı hər kəsə göndərin".

Son günlər Vatsap istifadəçiləri arasında yayılan səs yazısında bu xəbərdarlıq edilib. Bu səs yazısı qısa zamanda istifadəçilər arasında yayılıb. Qış aylarında yüksək temperatur və ağrılara qarşı ən çox ehtiyac duyulan "Paracetamol" haqqında yayılan informasiyalar narahatlığa səbəb olub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova Publika.az-a açıqlamasında zaman-zaman sosial şəbəkədə bu cür məlumatların yayıldığını, lakin onların həqiqəti əks etdirmədiyini dedi.

Nazirliyin Analitik Ekspertiza Mərkəzi Beynəlxalq əlaqələr və İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Esmira Əkbərova Publika.az-a açıqlamasında "Paracetamol 500" tərkibli dərman vasitələrindən Analitik Ekspertiza Mərkəzinə şikayət daxil olmadığını dedi:

"Azərbaycan Respublikasında İsrail istehsalı olan "Paracetamol 500" qeydiyyata alınmayıb və idxal olunmayıb. İdxal olunan paracetamol tərkibli (Paracetamol 500mg) dərman vasitələri bunlardır: Paracetomol Sofarma- "Sofarma" SC, Bolqarıstan (tablet), Parasetamol – Tatximfarmpreparati ASC, Rusiya Frderasiyası (tablet), Parasetomol – Farmstandart-Leksredstva ASC, Rusiya Federasiyası (tablet), Efferalqan – Bristol-Mayers Skvibb, Fransa (fışıldayan tablet), Panadol – QlaksoSmitKlayn Konsyumer Xelzkeya, Böyük Britaniya (örtüklü tablet)".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol