• $
  • €
  • ₽
  • ₺
  • £

"Bu şəhərdə"nin konsert biletlərinin satışında qalmaqal - FOTOFAKT

"Bu şəhərdə"nin konsert biletlərinin satışında qalmaqal - FOTOFAKT
22.01.2018 15:34
Azad İstehlakçılar Birliyinin bu dəfəki xəbərdarlığı "Bu şəhərdə”nin "Gəlin” konserti ilə bağlı olub.

Anews.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 240 manat ödəyərək 3 nəfər üçün konsertə bilən alan Fəridə Cavadlı üzləşdiyi problemlə əlaqədar Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova müraciət edib. Qadının sözlərinə görə, "Gənclik Mall”da yerləşən "iTicket” şirkətinə məxsus kassadan konsert üçün bilet alıb.

Sonra müəyyən səbəblərdən konsertə gedə bilməyəcəyini anlayaraq onu geri qaytarmaq istəyib. Lakin bu mümkün olmayıb. Kassadan ona bildirilib ki, biletlər yalnız 30% cərimə ilə geri qaytarıla bilər. Qadın bildirib ki, "iTicket” şirkətinin nə rəsmi saytında, nə də biletdə qaytarılmanın mümkün olmadığı və cərimənin olduğu barədə heç bir qeyd verilməyib.

Birliyin sədri Eyyub Hüseynov isə açıqlamasında, "Azad İstehlakçılar İctimai Birliyinə (AİİB) daxil olan ərizəni nəzərinizə çatdıraraq bildirirəm ki, bu şikayəti mediasiya yolu ilə həll etmək üçün bilet satan şirkətin əməkdaşı Tamilla xanımla əlaqə saxladıq. Tamilla xanımın cavabı bu oldu: "Bizim öz qanunlarımız var, necə istəyirik elə də hərəkət edərik”. AİİB istehlakçının hüquqlarının qorunması üçün İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Qorunması Xidmətinə və Vergilər Nazirliyinə rəsmi müraciətlər göndərib. Yenə də köməyi dövlətimizdən istəyək!”, deyə bildirib.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol