• $
  • €
  • ₽
  • ₺
  • £

Araz Ağalarov “Rusiyanın mülk kralları” reytinqində

Araz Ağalarov “Rusiyanın mülk kralları” reytinqində
27.01.2018 10:43
Nüfuzlu biznes nəşri "Forbes” "Rusiya mülkünün kralları” reytinqini və ya "Rantye Reytinq-2018”i elan edib. Orada Rusiya ərazisində ticarət mülkləri olan həm Rusiya, həm də xarici sahiblər-iş adamları təmsil olunublar.

"Qafqazinfo”nun Virtualaz.org-a istinadən məlumatına görə, Rusiya biznesmeni, azərbaycanlı Araz Ağalarov Rusiya rantyesinin Top 5-liyinə düşüb.
Hər bir iştirakçının yeri 2017-ci ildə ona aid olan mülkün gətirdiyi gəlirə görə təyin edilib. Başqa biznes sahələrindən gələn gəlirlər nəzərə alınmayıb.

Tərtibçilərin qeyd etdiyi kimi, qiymətləndirmə vaxtı onlar icarəçilərin, konsaltinq şirkətlərinin, həmçinin bu sahə üzrə internet-resursların, müvafiq informasiya sistemlərinin, eləcə də Moskva hökumətinin və regional hakimiyyət orqanlarının məlumatlarına əsaslanıblar.

Reytinqin birinci pilləsi Zarax İliyevə və Qod Nisanova məxsus "Kiyevskaya ploşad” şirkətinə qismət olub. Kirayə verilmiş mülkün sayəsində onlar bir il ərzində 1 milyard 535 milyon dollar qazanıblar.

İkinci pilləni 840 milyon dollara İnqvard Kompradın "İKEA.Mos” şirkəti tutub.

Samvel Karapetyanın "Taşir” şirkəti 650 milyon dollarla üçüncü olub.

Mixail Qutseriyev və Sait-Salam Qutseriyevə məxsus "Safmar” 600 milyon dollarla dördüncü mövqedə qərarlaşıb.

Və nəhayət, beşinci pillədə 370 milyon dollar gəlirlə Araz Ağalarovun "Crocus Group” şirkətidir.

Qeyd edilir ki, "Crocus Group” bir il ərzində ümumi sahəsi 35 000 kvadratmetr olan "Tvoy dom Kuntsevo” ticarət kompleksi və Moskva bazarında ən böyük layihələrdən biri olan 288 000 kvadratmetrlik "Veqas Kuntsevo” ticarət-əyləncə mərkəzi açıb.

"Crocus Group” Moskvaətrafının cənubunda Mərkəzi Dairəvi avtomobil yolunun 118-kilometrlik seksiyasını tikir, həmçinin Moskva-çayı vasitəsilə Volokolamski şosesinə çıxan avtomobil körpüsünü layihələşdirir.

"Crocus Group”a 718 min kv.metr sərgi və 789 kv.metr ticarət sahəsi məxsusdur. Bundan başqa, şirkətin 225 mehmanxana nömrəsi var.
 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol