Cəlilabad sakinindən avtomat silah və narkotik maddə götürülüb

DİN mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mikayıllı kənd sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov saxlanılıb. Baxış zamanı onun üzərindən narkotik vasitə olan heroin, həmçinin "Zastava-M70” markalı avtomat, 1 patron darağı və 25 ədəd patron aşkar edilib.
Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Son xəbərlər 
Daha çox 






















