• $
  • €
  • ₽
  • ₺
  • £

Saxta pendirləri necə ayırd etmək olar? – VACİB MƏSLƏHƏTLƏR

Saxta pendirləri necə ayırd etmək olar? – VACİB MƏSLƏHƏTLƏR
31.01.2018 11:05
Pendir… Əksər evlərdə səhər yeməyinin ayrılmaz hissəsidir. Pendirlər ən çox istifadə etdiyimiz qidalardan biri olsa da, onun necə hazırlanması, hazırlanarkən hansı saxtakarlığa yol verildiyi və keyfiyyətli qidaları necə ayırd edilməsi barədə bir çox insan məlumatszıdır.

Foodinfo.az bunu nəzərə alaraq pendir istehsalçılarının "fırıldaqçılığını” və keyfiyyətli pendiri ayırd etməyin yolunu araşdırıb. Öncə saxtakarlıq yollarını sıralayaq:



– Bəzi istehsalçılar ağ pendirə ərp vurur. İstehlak müddətini uzatmaq üçün isə nitrat maddəsi qatılır.

– Kiflənən pendiri əridərək krem pendir hazırlayırlar.

– Boyatlaşmış süddən istifadə edərək istehsal xərcini aşağı salmağa çalışırlar.

– Bəzi növ pendirləri ideal rənginə çatdırmaq üçün "kroten” adlı qida boyası istifadə edirlər.

– Soda qatıldığı da söylənilir.

– Jele vurularaq sərtləşdirilir.

– Təbii süd əvəzinə süd tozundan istifadə edilir.

Əlbəttə ki, bunlar insan sağlamlığı üçün təhlükəlidir. Bu saxtakarlıqları hiss edə bilməyəcəyimiz qədər professional şəkildə edirlər. Odur ki, sağlamlığımızı təhlükəyə atmamaq üçün biz də mümkün olduğu qədər daha çox diqqətli olmalıyıq. Bəs saxta yollarla hazırlanan pendirləri necə ayırd edə bilərik?



Bunun cavabı aşağıdakı üsullardadır:

– İlk addım daha çox etibar etdiyiniz firmanın məhsulunu almaqdan başlayır.

– Keyfiyyətli pendirin qutusunun hər bir kənarı bir-birinə bərabər ölçüdə olmalıdır.

– Pendir hazırlanan qəlibin üstündə pas, kir və kif olmamalıdır.

– Pendir rəngini dəyişibsə (kirli ağ, sarımtıl və.s), ondan uzaq durmağınız məsləhət görülür. Bu, böyük ehtimalla xarab məhsuldur.

– Pendir nə çox bərk, nə də çox yumşaq olmamalıdır.

– Pendir alarkən iyi çox önəmlidir. İy qabiliyyəti güclü olanlar pendirdən kif, sabun və ammonium nitrat iyinin gəlib-gəlmədiyini yoxlamalıdır. Bu iylərdən birini hiss etdiyindən şübhələnərsə, o zaman həmin pendiri almamalıdır.

– İstehsal tarixinə xüsusi diqqət yetirilməlidir.

– Tərkibində süd faizi çox olan pendir istifadə edilməlidir. Və son olaraq qeyd etməliyik ki, pendirlərə paranoya dərəcəsində şübhə ilə yanaşmayın. Sadəcə etibar etdiyiniz yerlərdən və firmaların məhsullarından istifadə edin. Sağlamlığınızı saxta əllərin öhdəsinə buraxmayın!

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol