• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda yanacaq daşıyan maşın qorxulu anlar yaşatdı - VİDEO

Bakıda yanacaq daşıyan maşın qorxulu anlar yaşatdı - VİDEO
01.02.2018 01:14
Bakıda yanacaq daşıyan maşın yol hərəkəti qaydalarını kobud şəkildə pozub.

 "Xəzər Xəbər”in verdiyi məlumata görə, görüntüləri hadisənin şahidi olan sürücülərdən biri lentə alıb və sosial şəbəkələlərdə yayılan video geniş müzakirəyə səbəb olub.

Görüntülərdə sürücünün uzunluğu 10 metrdən çox olan, "30-ZA-114”dövlət nömrə nişanlı yük avtomobilini minik maşını kimi idarə etdiyi, gah sağa, gah da sola manevr edərək digər hərəkət iştrakçıları üçün təhlükə yaratdığı görünür.

Qaydalara görə, bu cür təhlükəli maye daşıyan avtomobilin sürücüləri yolun sağ zolağı ilə və onlar üçün nəzərdə tutulmuş sürətlə hərəkət etməlidir. Halbuki sürücü qaydalara əməl etməyərək real təhlükə yaradıb.

Görüntüləri izləyən yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov da sürücünün kobud qayda pozduğunu deyib.

Yolda avtomobillərin çox olması və təhlükəli maddə daşınması ehtimalının da olması məsələni daha da ciddiləşdirib. Bir neçə qaydanı eyni vaxtda pozan sürücü etdiyi qanunsuzluğu yol boyu davam etdirib.

Ə. Hüseynov sürücünü yükdaşıma qaydalarını pozduğuna görə də əlavə olaraq 100 manat cərimə gözlədiyini deyib.
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol