• $
  • €
  • ₽
  • ₺
  • £

Bu ərazinin işıq, qaz və su xətləri sökülür – Təhlükə

Bu ərazinin işıq, qaz və su xətləri sökülür – Təhlükə
03.02.2018 09:25
Bakının Səbail rayonunda Bayıl yamacındakı sürüşmə zonasına gedən bütün su, qaz və işıq xətləri şəbəkədən ayrılaraq sökülür.

Bu barədə Trend-ə ərazidəki mənzil sahibləri bildiriblər.

Sakinlər qeyd ediblər ki, ərazidə çatlar əmələ gələndən sonra mənzillərə elektrik enerjisi, su və qaz verilişi dayandırılmışdı:

"Həmin vaxt sadəcə qaz, su və işığın verilməsi dayandırılmışdı. Lakin artıq xətlər əsas hissədən ayrılaraq sökülür. Axşamlar qadınları və azyaşlıları sığınacaqlara göndəririk, kişilər isə evdə olur".

Sakinlərin sözlərinə görə, ərazidə yeni çatlar da əmələ gəlib və sürüşmə aktivdir:

"Dünən yeni çatlar əmələ gəlmişdi. Bu çatlar evlərdə də hər gün hiss olunur".

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı açıqlamasında qəzalı vəziyyətdə olan ərazilərə verilən su xəttinin ayrılmasını təsdiqləyib:

"Bayıl yamacındakı sürüşmə ilə əlaqədar Fövqəladə hallar üzrə Dövlət Komissiyasının qərarı ilə həmin ərazidə təxminən 100-ə yaxın evə suyun verilişi dayandırılıb. Sürüşmə ərazisinin ətrafında yerləşən, təhlükəli yerdə olmayan hissələrə də su eyni xətdən verilir. Ona görə də təhlükəli olmayan mənzillərdə yaşayan sakinlərə su verilməsi üçün qəzalı mənzillərə gedən su xətti şəbəkədən ayrılıb. Hələ ki, su xətləri kəsilib daşınmır, mənzillərdə olan sayğaclar və su xətləri olduğu kimi qalır".

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Kərbəlayev bildirib ki, əraziyə yalnız təbii qazın verilişi dayandırılıb:

"Xətlərin sökülməsi ilə bağlı heç bir iş görülmür. Sadəcə, köçürülən evlərin qaz təchizatı dayandırılıb. Əgər ərazidə söküntü işlərinə başlanarsa, həmin vaxt bizə müraciət oluna, ondan sonra qaz xətlərinin söküntüsünə başlana bilər".

"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə qeyd edib ki, ərazidə sürüşmə zamanı zədələnən xətlərin dirəkləri götürülür:

"İşıq dirəkləri və xətlər sökülmür. Sadəcə, sürüşmə nəticəsində həmin ərazidə bir neçə işıq dirəyi zədələnib, xətlər əhali üçün təhlükə yaradıb. Ona görə də əhalinin təhlükəsizliyini nəzərə alaraq, həmin dirəklər və xətlər götürülür. Onsuz da həmin əraziyə elektrik enerjisinin verilişi dayandırılıb. Amma sayğaclar və mənzillərə çəkilən xətlər sökülməyib".

Qeyd edək ki, Bayıl qəsəbəsində sürüşmə zonasında prosesin aktivləşməsi nəticəsində evlərdə çatların sayı artıb. Sürüşmə zonasında 90-a yaxın ev qəzalı vəziyyətdədir. Sürüşmə ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində xüsusi qərargah yaradılıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol