• $
  • €
  • ₽
  • ₺
  • £

Vekiller kollegiyasina qebul imtahaninin neticeleri aciqlanib

Vekiller kollegiyasina qebul imtahaninin neticeleri aciqlanib
09.02.2018 12:00
Dövlət İmtahan Mərkəzi (DİM) 2018-ci il yanvarın 28- də Vəkillər Kollegiyasına üzv olmaq üçün keçirilən test imtahanında iştirak edən namizədlər və onların imtahan nəticələri haqqında bəzi statistik məlumatları açıqlayıb.

DİM-in mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, imtahanda iştirak etmək üçün 1966 namizəd qeydiyyatdan keçib. 93 namizəd imtahana gəlməyib.

İmtahanda iştirak edən 1873 namizəddən 607 nəfəri müsabiqə şərtini ödəyərək – 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.

Namizədlərin 11,5%-i xarici, 88,5%-i yerli ali təhsil müəssisələrində təhsil almış şəxslərdir.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən namizədlərdən müxtəlif illərdə DİM (keçmiş TQDK) tərəfindən ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında  iştirak edərək yalnız bakalavriat və ya bakalavriat və magistratura səviyyəsinə qəbul olanların sayı 985 nəfər olub. Bu kateqoriyaya aid olan iştirakçılardan 455 nəfər (46%) müsabiqə şərtini ödəyərək - 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə-müsahibəyə buraxılıb.

Vəkillər Kollegiyasına üzvlüyə qəbul imtahanında iştirak üçün qeydiyyatdan keçən, lakin DİM-in (TQDK-nın) keçirdiyi qəbul imtahanlarında iştirak etməyən namizədlərin sayı 669 nəfər olub. Bu namizədlər əsasən 1950/60/70-ci illərdə doğulan və ya xaricdə yerləşən ali təhsil müəssisələrini bitirmiş şəxslərdir. Bu kateqoriyaya aid namizədlərdən imtahanda uğur qazananların sayı 105 nəfər (16%) olub.

28 yanvar tarixində keçirilən imtahanda iştirak edən namizədlər sırasında DİM (TQDK) tərəfindən ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında iştirak edərək heç bir ali təhsil müəssisəsinə qəbul olmayan namizədlər də var. Bu namizədlər əsasən əvvəlki dövrlərdə ali təhsil müəssisələrinin daxili əmrləri ilə universitetə qəbul olunan, köçürülən və ya xaricdə təhsil alan şəxslərdir. Bu kateqoriyaya aid olan 312 namizəddən yalnız 15%-i, 47 nəfər Vəkillər Kollegiyasına üzvlüyə qəbul imtahanda uğur əldə edə bilib.

 

"Göründüyü kimi DİM-in (TQDK-nın) keçirdiyi qəbul imtahanlarında iştirak edərək ali təhsil müəssisələrinə qəbul olan namizədlərin təqribən yarısı, digər iki kateqoriyaya aid olan namizədlərin isə 15%-i Kollegiyaya üzvlüyə qəbul imtahanında müsbət nəticə göstərib", - deyə məlumatda bildirilir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol