Azərbaycan telakanalında kütləvi istefalar

"Lider" TV-də əmək haqlarının gecikməsinə görə növbəti dəfə kütləvi istefalara start verilib.
"Bu ilin yanvar ayında prezident tərəfindən telekanallara 3 milyon manat vəsait ayrılmasından sonra "Lider TV"-nin rəhbərliyi işçilərin maaşlarının tezliklə veriləcəyinə vəd verilsə də, ancaq maaşlar hələ də verilmir. Hətta, hər telekanala olduğu kimi, "Lider TV"-yə də nəzərdə tutulan 600 min manat vəsait köçürülüb. Digər telekanallar pul köçülən kimi işçilərinin gecikən vəsaitlərini ödəyiblər. Ancaq "Lider TV"-də maaşlar hələ də ödənilmir. Telekanalın 1000-dən çox işçisi var idi. Hazırda 200 nəfərə yaxın əməkdaş qalıb. Maaşların gecikməsinə görə hamı istefa verib gedir", - deyə telekanal əməkdaşları bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























