• $
  • €
  • ₽
  • ₺
  • £

Rüstəm Usubov: Seçki qanunvericiliyini pozanlar cəzalandırılacaq

Rüstəm Usubov: Seçki qanunvericiliyini pozanlar cəzalandırılacaq
15.02.2018 13:45
"Azərbaycanda beynəlxalq standartlara cavab verən hüquqi sistem yaradılıb və şəffaf və ədalətli seçkilərin keçirilməsi üçün bütün zəruri əsaslar mövcuddur".

Trend-in məlumatına görə, bunu Baş prokurorun birinci müavini Rüstəm Usubov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib.

R.Usubovun sözlərinə görə, Azərbaycanda ictimai siyasi sabitlik və demokratik seçki qanunvericiliyi tam əminliklə deməyə əsas verir ki, qarşıdakı prezident seçkiləri də əvvəlki seçkilər kimi xalqın aktiv iştirakı və qanun çərçivəsində keçiriləcək.

Baş prokurorun müavini bildirib ki, xalqımızın iradəsinin təmin olunmasında prokurorluq orqanlarının da vəzifələri var. O qeyd edib ki, prokurorluq orqanları seçkilərlə bağlı müraciət və şikayətləri araşdırır, müraciətlərə verilən izahlarda yaxından iştirak edir.

R.Usubov vuröulayıb ki, Azərbaycanda əvvəlki seçkilərdə ciddi qanun pozuntusuna yol verilməsi ilə bağı prokurorluq oqranlarına müraciət daxil olmayıb: "Seçki qanunvericiliyinin pozulmasına yol verənlər qanunvericilik çərçivəsində cəzalandırılacaq".

Baş prokurorun müavinin sözlərinə görə, indiyə qədər keçirilən seçkilərdə müraciət və şikayətlər daha çox bələdiyyə seçkiləri ilə bağlı olub ki, bu da bu seçkilərin kütləvi xarakter daşıması ilə bağlıdır. Onun sözlərinə görə, 2008-ci ildə prezident seçkiləri ilə bağlı müraciət daxil olmayıb. R.Usubov vurğulayıb ki, 2013-cü ildə keçirilən prezident seçkiləri ilə bağlı prokurorluq orqanlarına cəmi 6 müraciət daxil olub ki, onların da araşdırılması zamanı qanun pozuntusuna yol verilməsi aşkar edilməyib. R.Usubovun sözlərinə görə, Azərbaycanda 2016-cı ildə keçirilən referendumla bağlı prokurorluq orqanlarına şikayət və müraciətlər daxil olmayıb. O qeyd edib ki, 2015-ci ildə keçirilən parlament seçkiləri ilə bağlı bir sıra şikayətlər daxil olub və araşdırılaraq müvafiq tədbirlər görülüb:

R.Usubov qarşıdan gələn seçkilərin azad, demokratik və heç bir qanun pozuntusuna yol verilmədən keçiriləcəyinə inandığını bildirib: "Gəlin vicdanla, şəffaf şəkildə bu tədbiri həyata keçirək və heç bir qanun pozuntusuna yol verməyək”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol