• $
  • €
  • ₽
  • ₺
  • £

İnsan qaynaqlarına edilən yatırım - gələcəyə qoyulan sərmayədir

İnsan qaynaqlarına edilən yatırım - gələcəyə qoyulan sərmayədir
23.02.2018 17:27
 "Azercell Telekom” MMC insan qaynaqları sahəsində yüksək beynəlxalq sertifikata layiq görüldü.

Azərbaycanın lider mobil operatoru "Azercell Telekom” beynəlxalq səviyyədə daha bir uğura imza atıb. Şirkət güclü liderliyin, korporativ mədəniyyətin və insan resurslarının idarə olunması təcrübəsinin davamlı inkişafının göstəricisi olaraq "Investors in People” (IIP) -  İnsana Sərmayə Standartının tələbləri üzrə dəyərləndirilərək QIZIL sertifikatı qazanıb. Azercell ölkəmizdə Qızıl sertifikat qazanan ilk şirkət olmaqla yanaşı, MDB məkanında belə bir uğura imza atan yeganə telekommunikasiya şirkətidir.

"Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev şirkətin bu sertifikata layiq görülməsini böyük uğur hesab edir: "Yarandığı ilk gündən etibarən Azercell İnsan Qaynaqlarının idarə olunmasında beynəlxalq təcrübədən yararlanıb. Şirkətin bu sahədə apardığı bütün proseslər, mövcud sistem ən müasir beynəlxalq təcrübəyə uyğundur. İlk dəfə olaraq şirkətimiz bu Sertifikatın alınması üçün irəli sürülən tələblərin hamısına cavab verərək 2004-cü ildə Standartı, 2011 və 2014-cü illərdə isə Gümüş Sertifikatını əldə edib. 2018–ci ilin yanvar ayında keçirilən sertifikasiya zamanı isə Azercell güclü performans göstərməklə işçilərini yüksək səviyyədə idarə etdiyini artıq beynəlxalq səviyyədə sübut edərək, Qızıl Sertifikatına layiq görülüb. Onu da vurğulayaq ki, 1996-2017-ci illər ərzində insan qaynaqlarının inkişafına şirkət tərəfindən toplam 23.338.153,45 USD sərmayə qoyulub ki, bu da kifayət qədər böyük göstəricidir. Fəaliyyət göstərdiyimiz sahələrdə olduğu kimi, İnsan Qaynaqlarının idarə olunmasında da liderik.”

"Azercell Telekom” MMC-nin İnsan Qaynaqları Departamentinin direktoru Ziba Mustafayeva şirkətin IIP sertifakatını qazanması üçün ciddi yoxlamadan keçdiyini bildirib: "Investors in People İnternational" şirkəti Azercell-də 9 fəaliyyət göstəricisi üzrə yoxlama aparib. Qızıl səviyyəli IIP akkreditasiyası zamanı qiymətləndirici, işçilər arasında keçirilən onlayn sorğuya, səfəri zamanı Azercell-in əməkdaşları ilə təkbətək müsahibələrinə, həmçinin insan qaynaqlarının idarə olunması təcrübəsi üzrə audit yoxlamasının nəticəsinə əsaslanıb. Bu sertifikat İnsan Qaynaqlarının idarə olunmasında bizim inkişaf göstəricimizdir”
 "Investors in People International” şirkətinin prezidenti Paul Devoy da Azercell-in Qızıl Sertifikat qazanmasını böyük uğur kimi dəyərləndirib: "Azercell-i təbrik edirik. "Investors in People” akkreditasiyası yüksək səviyyəli işəgötürən, çalışanlar üçün arzu olunan məkan və uğura aparan aydın yoldur. Azercell əldə etdiyi bu nəailiyyətdən böyük qürur hissi keçirməlidir"

Qeyd edək ki, tək və yeganə İnsan Qaynaqları üzrə Keyfiyyət Standartı olan "Investors in People” standartı ilk dəfə 1991-ci ildə İngiltərədə tətbiq edilməyə başlayıb. Beynəlxalq səviyyədə mövcud olan Standart 26 illik fəaliyyəti nəticəsində 78 ölkə və 10.000-dən çox şirkəti əhatə edir. Cari 6-cı nəsil standartı isə 2015-ci ildə beynəlxalq səviyyədə fəaliyyətə keçib.
 

 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol