Nazirlikdən 8 Mart xəbərdarlığı: Pul yığılırsa…

Təhsil Nazirliyi 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə məktəblərdə şağirdlərdən pul yığılması ilə bağlı məlumatlara aydınlıq gətirib.
Nazirlikdən AzVision.az-a bildirilib ki, Azərbaycanda fəaliyyət göstərən ümumitəhsil müəssisələrində şagirdlərdən pul tələb olunması yolverilməzdir.
Əgər belə fakt olsa, 146 saylı "Qaynar xətt" xidmətinə müraciət edilməsi (anonim olmadan) tövsiyə olunur.
www.anews.az
























