• $
  • €
  • ₽
  • ₺
  • £

Vaqif Əsədov Faiq Ağayevə təşəkkür etdi

Vaqif Əsədov Faiq Ağayevə təşəkkür etdi
15.03.2018 16:45
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov xalq artisti Faiq Ağayevin sosial şəbəkələrdə sürücünün qaydanı pozmasına səbəbi ilə bağlı yol polisinə çağırış etməsinə münasibət bildirib.

Anews.az-ın Axşam.az-a istinadən məlumatına görə, V.Əsədov "Report"a deyib ki, hər bir hərəkət iştirakçısı yol hərəkəti qaydalarını bilməli və onları yerinə yetirməklə başqalarından da yerinə yetirməyi tələb etməlidir: "Hörmətli xalq artistimiz Faiq Ağayev faktı aşkarlayaq məlumat verməklə araşdırmanın aparılmasına və təsirli tədbir görülməsinə şərait yaradıb. Buna görə də ona təşəkkür edirəm. Sürücünün hərəkəti sosial şəbəkələrdə ictimai qınağa səbəb olub. Bu kimi halların hesabına yol hərəkətində mədəniyyət səviyyəsi yüksəlir və formalaşır. Eləcə də yol polisi əməkdaşı olmadan sürücülər tələblərə uyğun hərəkət etməyə üstünlük verirlər. Beləliklə, narahatçılıq aradan qaldırılır. Ümumiyyətlə, hər bir hərəkət iştirakçısı öz hərəkəti ilə mədəniyyət nümayiş etdirməli və təhlükəsizlik qaydalarına əməl etməlidir. Həm də yol hərəkətində şəxsi mənafe ümummilli mənafedən üstün tutula bilməz".

V.Əsədov əlavə edib ki, ilin əvvəlindən bu günə qədər sosial şəbəkələrdə sürücülərin yol hərəkəti qaydalarını pozması ilə bağlı yayımlanan faktlar üzrə 50-yə yaxın sürücü barəsində inzibati protokol tərtib edilib: "Tərtib edilən protokollar arasında sərnişin avtobusu, yük maşınları və minik avtomobillərinin sürücüləri var. İnzibati qaydada cərimə olunan sürücülər YPX əməkdaşları ilə söhbət zamanı ictimai qınağa tuş gəldiyini və sosial şəbəkələrdə təsirli şəkildə qınandığı üçün peşman olduqlarını dilə gətiriblər. Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, belə faktlarla rastlaşdıqları zaman DYP əməkdaşlarına məlumat versinlər. Bu, həm də nümunəvi hərəkət və vətəndaşlıq borcudur".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol