• $
  • €
  • ₽
  • ₺
  • £

“Ağdam” restoranı qarşısında “Kalaşnikov”lardan yaylım atəşi

“Ağdam” restoranı qarşısında “Kalaşnikov”lardan yaylım atəşi
01.04.2018 18:46
Ukraynanın Xarkov şəhərinin hüquq-mühafiz orqanları martın 30-na keçən gecə bu şəhərdə azərbaycanlıların "Ağdam” restoranının qarşısında baş vermiş və bir Azərbaycan vətəndaşının ölümünə səbəb olmuş silahlı insidentə dair əsas versiyanı açıqlayıb. Virtualaz.org Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları bu hücumun Xarkovda miqrantların biznesindən aylıq haqq tələb edən "Şərq korpusu” adlı slavyan qruplaşması tərəfindən törədildiyini ehtimal edir.

Xəbər verdiyimiz kimi həmin gün "Ağdam” restoranından çıxan bir qrup "qafqazlı” restoranın qarşısında dayanmış avtomobildəki silahlılar tərəfindən atəşə tutulub. Avtomobildə dörd nəfər olub, onlardan ikisi "Kalaşnikov” avtomatları ilə restorandan çıxanlara yaylım atəşi açıb. Bu zaman Azərbaycan vətəndaşı, Xarkov bazarlarından birində ticarətlə məşğul olan 32 yaşlı  İsmayılov Zaur Əziz oğlu ölüb, əvvəllər qətlə görə məhkum edilmiş Gürcüstan vətəndaşı isə yaralanıb.


Polis hücum edənlərdən birinin fotorobotunu yayıb. Hadisə yerinin yaxınlığından bir "Kalaşnikov” avtomatı və patronlar tapılıb. Hüquq-mühafizə orqanlarındakı mənbələr bildirirlər ki, hazırda şəhərdə xarici diasporun biznesinin strateji bölgüsü gedir. Belə ki, şəhərdə "Şərq korpusu” adlı qruplaşma yaranıb və onlar miqrantların biznesindən pay tələb edir. Bu yaxınlarda xarici diaspor liderləri ilə "Şərq korpusu”nun nümayəndələri arasında danışıqlar olub. Həmin danışıqlarda tələb edilib ki, Xarkovda biznesi olan bütün xaricilər "Şərq korpusu”una aylıq haqq verməlidir. Lakin azsaylı bir qrup bu şərti qəbul etməyib və bu da şəhərdə kriminal müharibənin başlamasına gətirib çıxarıb.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol