• $
  • €
  • ₽
  • ₺
  • £

Məşhur gitaraçının apardığı toyda faciə: bəyin atası öldü

Məşhur gitaraçının apardığı toyda faciə: bəyin atası öldü
10.04.2018 13:11
Gitara ifaçısı Rəhman Məmmədli toyda başına gələn dəhşətli hadisələrdən danışıb.


Qaynarinfo xəbər verir ki, yenicag.az-a açıqlama verən sənətçi iştirak etdiyi toyların birində faciə də yaşandığını bildirib:


"İlyarımın söhbətidir, Xaçmazda toyda idim. 15 dəqiqə olardı ki, toy başlamışdı. Bəyin atası məclis iştirakçılarını təbrik etdi. Sonra "mənim havamı çalın” deyib oynadı. Kişi oynadığı yerdə qəfildən yıxıldı. Hay-həşir düşdü, gördülər ki, kişi keçinib. Heç həkimə də çatdıra bilmədilər. Bəlkə də sevindiyindən ürəyi partlamışdı”.


Gitara ifaçısı toyda oynamaq üstündə düşən davalardan da danışıb:


"Toyda davalar daha çox oynamaq üstündə düşür. Rəhmətlik Məmmədbağır Bağırzadə ilə bir toy məclisində idik. Toyun şirin yerində oynamaq üstündə Oğlan evinin adamları ilə qız evinin adamları arasında dava düşdü.  Qan su yerinə axdı. Təsəvvür edin, toya gələnlərin ağ köynəkləri qan rəngində idi. Rəhmətlik xalq artisti də mən də qan içində idik. Çünki kütləvi davada hamı bir-birinə qarışmışdı. Qızın atası elə toydan gəlini götürüb evinə apardı. Bilmədim sonradan barışdılar, ya yox. Gəlinin atası dedi ki, belə bir ailə ilə qohum olmaqdansa, indidən ayrılmaq yaxşıdır”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol