• $
  • €
  • ₽
  • ₺
  • £

DİM Azərbaycan dili fənnindən test imtahanı keçirəcək

DİM Azərbaycan dili fənnindən test imtahanı keçirəcək
19.04.2018 21:19
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 22-də 2018/2019-cu tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydalarına əsasən qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili fənnindən test imtahanı keçiriləcək.
 
DİM-dən APA-ya verilən məlumata görə, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili imtahanı Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində, ümumilikdə 17 imtahan mərkəzində aparılacaq.  
 
İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanır. 

Abituriyentlərə imtahanda 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi "məqbul” və ya "qeyri-məqbul”la qiymətləndirilir. Abituriyentin "məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
 
Ali təhsil müəssisələri və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə keçirilən Azərbaycan dili imtahanı ilə ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə keçirilən Azərbaycan dili imtahanı məzmun baxımından bir-birindən fərqlənir.
 
Bu imtahanda "Abituriyentin elektron ərizəsi” formasını 10 aprel 23:59-dək təsdiqləmiş abituriyentlər iştirak edəcəklər. 11 apreldən 30 aprel tarixinədək ərizələrini təsdiq edən rus bölməsinin abituriyentləri yalnız ikinci Azərbaycan dili imtahanında iştirak edə biləcəklər. Aprelin 22-də keçirilən imtahanda "qeyri-məqbul” qiymət  alan və ya müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər (mayın 18-dən 29-dək qeydiyyatdan keçməklə) 2018-ci il iyunun 10-da keçiriləcək ikinci "Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.
 
İmtahanda iştirakı nəzərdə tutulan (9 illik və 11 illik təhsil bazasında ) 6172 (520+5652) abituriyentdən 2846 (189+2657) nəfəri oğlan, 3326 (331+2995) nəfəri qızdır.  5585 (385+5200) abituriyent orta ümumtəhsil müəssisələrinin builki məzunu, 587 (135+452) nəfər isə əvvəlki illərin məzunlarıdır.  
 
Ümumilikdə, Bakıda 3985 , Naxçıvanda 24 , Gəncədə 597, Sumqayıtda 411, Şəkidə 273, Bərdədə 138, Göyçayda 107, Şirvanda 136, Lənkəranda 101, Xaçmazda isə 400 abituriyentin imtahan verməsi nəzərdə tutulub.
 
İmtahanın idarə olunması üçün 41 imtahan rəhbəri, 488 nəzarətçi-müəllim ayrılıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol