• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı-İstanbul aviareysində gecikmə olub

Bakı-İstanbul aviareysində gecikmə olub
21.04.2018 11:00
Azərbaycanın aşağı büdcəli aviareysi olan "Buta Airways”in Bakı-İstanbul reysi təxirə salınıb. 

"Report” xəbər verir ki, "J2 9103” reysi yerli vaxtla 07:45-də həyata keçirilməli imiş.

Məlumata görə, təxminən, bir saata qədər sərnişinlər salonda qaldıqdan sonra düşürülüb və onlara 09:30-da təşkil ediləcək reyslə İstanbula uçacaqlarını bildiriblər.

"Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski "Report”a açıqlamasında bildirib ki, təyyarə texniki səbəblərdən havaya qalxa bilməyib: "Hava gəmisinin kapitanı təyyarəni texniki səbəbdən dəyişməyi qərara alıb. Təxminən, 10 dəqiqədən sonra sərnişinlərin minişi başlayacaq və 09:30 üçün təyyarənin havaya qalxması gözlənilir”.

Qeyd edək ki, "J2 9103” reysi "Embraer ERJ-190” təyyarələri ilə həyata keçirilir. Reyslər İstanbulun Sabiha Gökçen Hava Limanına həyata keçirilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol