• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni nazir və komitə sədrlərinə tapşırıq

Yeni nazir və komitə sədrlərinə tapşırıq
29.04.2018 00:09
Nazirlər Kabinetinin yeni tərkibinə daxil olan mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşları qəbul günləri açıqlanıb.


Nazirlər Kabineti bəyan edib ki, vətəndaşların qaldırdıqları məsələlər qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid olmalıdır.



Rayonlara göndərilənlər arasında yeni nazir və komitə sədrləri də diqqət çəkir. Söz yox ki, qəbula gələnlər arasında köhnə nazirlərdən şikayət edənlər az olmayacaq.


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bu vəzifədə ilk qəbul gününü Ağcabədidəki Taxtakörpü qəsəbəsində keçirəcək. O, mayın 30-da burada Laçın (Taxtakörpü), Ağcabədi, Bərdə sakinlərini qəbul edəcək. 


Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri kimi ilk qəbulunu Mingəçevirdə  keçirəcək. S.Babayev mayın 18-də Mingəçevir, Naftalan, Yevlax, Ağdaş, Goranboydan olan şikayətçiləri dinləyəcək.
 


Kənd təsərrüfatı naziri İnam Kərimovun qəbulu da mayın 18-də Yevlaxda olacaq. Yeni nazir Yevlax, Goranboy, Göygöl, Daşkəsən, Samux sakinlərini narahat edən məsələləri araşdıracaq.


Təhsil naziri Ceyhun Bayramov Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz sakinləri üçün 21 may tarixində Xızıda qəbul keçirəcək.


Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin qəbulu mayın 25-də Bərdədə keçiriləcək. Təzə nazir Bərdə, Ağdam, Ağcabədi, Tərtər sakinlərindən gələn şikayətlərə baxacaq.


Dövlət Gömrük Komitəsinin yeni sədri Səfər MehdiyevTovuz, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax rayonunun sakinləri üçün mayın 29-da Tovuza gedəcək.(Modern.az)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Cəmiyyət 16:52
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Bakı Humanitar Kollecində tələbə yoldaşına 6 bıçaq zərbəsi vurub
Cəmiyyət 16:03
Bakı Humanitar Kollecində tələbə yoldaşına 6 bıçaq zərbəsi vurub
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Cəmiyyət 15:31
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Cəmiyyət 15:24
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol