Məşhur şirkətin 70 minini apardılar - Hücum

Mingəçevir şəhərində şirkət əməkdaşına hücum olub, onun üzərindəki külli miqdarda pul aparılıb.
Report-un məlumatına görə, "Veysəloğlu" Şirkətlər Qrupunun Mingəçevir filialında çalışan Abdullayev Elvin Rafiq oğlu yaşadığı binadan çıxarkən 2 nəfərin hücumuna məruz qalıb. Naməlum şəxslər zərərçəkənin əlində olan çantanı alaraq qaçıblar. Məlumata görə, çantanın içərisində "Veysəloğlu" Şirkətlər Qrupuna məxsus 70 min manat vəsait olub.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























