• $
  • €
  • ₽
  • ₺
  • £

DİQQƏT! Bu yerlərdə tikilən evlər söküləcək - VİDEO

DİQQƏT! Bu yerlərdə tikilən evlər söküləcək - VİDEO
03.05.2018 16:28
ARB TV-nin "Günə Doğru” əkin yerlərində tikilən evlərin söküləcəyi ilə bağlı maraqlı sujet yayımlanıb.


Xaçmazın Gülalan kənd sakini Fəzail Sultanov on ildən çoxdur ki, təsərrüfatla məşquldur. O bildirir ki, bağçılıqla yanaşı fermer təsərrüfatı ilə də məşqul olmaq istəyir. Lakin tikinti aparmaq üçün təyinatı üzrə torpaq sahələrinin olmaması və pay torpağı yerlərində bu tip tikintini aparılmasına icazənin verilməməsi onu bu istəyini reallaşdırmağa imkan vermir.


Fəzail Sultanov -Xaçmaz sakini: "Mənim 2 hektar 6 sot pay torpağım var. Sadəcə olaraq hökümətin pay torpaqlarında tikinti işləri aparılmasına qadağa qoyulduğuna görə mən o işi görməmişəm. Təzəlikcə balaca fındıq bağı salmışam. Bir də heyvanlar üçün örüş yeri saxlamışam”.


Bəzən regionlarda Əmlak Məsələləri Dövlət Komitəsinin müfəttişləri yoxlama keçirərkən müxtəlif qanun pozuntularına rast gəlir. Belə ki, sahibkarlar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində həm də heyvandarlıqla məşqul olmaq məqsədilə qanunsuz tikinti aparır. Məsələn ərazidə tövlələr, kənd təsərrüfatı ilə məşğul olan ailənin yaşaması üçün fərdi evlər tikir. Belə olduqda manitorinq aparan qurum, bələdiyyə orqanları ilə sahibkarlar arasında anlaşılmazlıqlar yaranır.


Ceyhun Mustafayev – Bələdiyyə sədri: "Vətandaşlarda bir anlaşılmazlıq yaranır ki, vətəndaş hər hansı bir mülkiyyətçidən pay torpağını özəlləşdiri, pulu ilə alır elə təsəvvür edir ki, bu onun mülkiyyətidir və o torpaq sahəsində istənilən bir fəaliyyət növü ilə məşğul olmaq olar. Ev tikmək olar. Biz onlara izah edirik, qanunvericiliyin şərtlərini göstəririk ki, həmin torpaqlar fərqi yoxdu hər hansı bir təyinatla alınıbsa sırf həmin təyinatda istifadə oluna bilər”.


Sözü gedən sənədlər yerli və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən yoxlanılmalı və sonda baxılmaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim olunmalıdır. Komitədə sənədlərə baxıldıqdan sonra təyinatının dəyişdirilməsinə dair sərəncam layihəsi ilə birlikdə Nazirlər Kabinetinə təqdim edilir.


Ceyhun Mustafayev – Bələdiyyə sədri: "Həmin torpaqlarda bu və ya digər formada sahibkarlıq fəaliyyəti ilə tikintilərin aparılması qadağandır. Həmin tikililər üçün adətən topraqlar ayrılıb. Əgər yaşayış evləri tikilirsə bu yaşayış məntəqələri torpaqlarına aiddir. Sahibkarlıq obyektləri tikilərsə sahibkarlıqla məşğul olmaq üçün ayrılmış xüsusi yararsız torpaqlar var ki, onu da özəlləşdirdikdən sonra orada tikinti aparmaq olar”.


Torpağın dəyişdirilməsi məsələsi sahənin təyinatı üzrə istifadəsi səmərəsiz olduğu hallarda yəni subasma, çökmə, sürüşmə, şoranlaşma və digər təbiət hadisələri nəticəsində torpağın strukturu, habelə keyfiyyət göstəriciləri dəyişdikdə və ya yararsız hala düşdükdə reallaşa bilər.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol