• $
  • €
  • ₽
  • ₺
  • £

Dərman mafiyasında adı keçən deputat oğlu danışdı

Dərman mafiyasında adı keçən deputat oğlu danışdı
11.05.2018 13:00
Deputat Elmira Axundovanın oğlu Həbib Axundov saxta dərman əməliyyatında adı keçən "Elit” apteklər şəbəkəsinin onların ailəsinə aid olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. H. Axundov  "Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, əvvəl "Favorit” marketlər şəbəkəsini onun adına bağlayırdılar: "Mənim özümə də maraqlı idi ki, "Favorit” görəsən, kimə  məxsusdur? Araşdırdım, məlum oldu ki, başqa bir şirkətindir.

İndi də "Elit” aptekini mənim adıma bağlayırlar. Aptekin sahibini belə tanımıram. 1993- cü ildən həmin apteklər işləyir. Anam o aptekin birindən dərman alıb. Mən heç bilmirdim ki, o aptek şəbəkədir. Elə bilirdim ki, iki-üç dənədir.  Nəsimi rayonunda bir dənə qeyri-yaşayış obyektim var. 73-75 kvadrat olar. Həmin yeri aptekə icarəyə vermişəm.  Əlimdə icarə müqaviləsi də var. İcarəyə vermək dərman mafiyasını işlətmək deməkdir?

Bir  xəstə insan var ki,  o neçə illərdir ki, bizə qarşı kampaniya aparır. Onun əlindən gələn də budur. Artıq icarəyə verilən obyektdən də  istifadə edir. Nəsimi rayonundakı həmin obyektin yuxarı mərtəbəsindəki çayxana isə mənə məxsusdur. Yazırlar ki, Alov Qülləsində də mənzil alınıb. Alov qüllələri oteldir,  orada mənzil var ki?”. 

H. Axundov 8 milyonluq cinayət işindən də danışıb. O qeyd edib ki, cinayət işi çoxdan bitib: "İş məhkəmədədir. Mən də  həmin məsələdə zərərçəkmiş qismindəyəm. Artıq həbslər də var”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol