• $
  • €
  • ₽
  • ₺
  • £

Bu xəstəxanada bir gecədə iki körpə öldü

Bu xəstəxanada bir gecədə iki körpə öldü
15.05.2018 10:53
Sabirabad Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində gecə radələrində doğuşdan sonra ölən körpənin valideynləri xəstəxananı və tibb personalını günahlandırır.

Baş vermiş hadisə ilə əlaqədar Axar.az-a danışan körpənin atası Hikmət Əhmədov bildirib ki, uşaq təbii doğuşla gecə saat 3 radələrində sağlam şəkildə dünyaya gəlib. Uşağın ağlamaq səslərini ana da eşidib:

"Uşağı doğuşdan sonra yoldaşıma da veriblər. Normal, sağlam uşaq olub. Daha sonra körpəni kuvezə qoyublar. Uşağı oksigenə bağlamaq lazım olub, ancaq bağlamayıblar. Saat 6-da uşağın öldüyünü bildiriblər mənə. Halbuki doğuşdan sonra dəfələrlə uşağın necə olduğunu soruşmuşdum. Bir cavab vermirdilər”.

Ölən körpənin valideyni bildirib ki, həkimlərdən biri ona uşağın elə ölü doğulduğunu, digər həkim isə uşağın doğuşdan bir neçə saat sonra öldüyünü bildirib:

"Həkim əvvəlcə bildirdi ki, uşaq ölü doğulub. Dediyinə görə, guya bağırsağı boğazına dolaşıb və ölüb. Ancaq yoldaşım deyir ki, uşaq doğulanda yaxşı idi. Səsi də gəlib. Ölü doğulan uşaqdan səs çıxar?

Doğuşda iştirak edən həkim isə bildirdi ki, uşaq sağlam doğulub. Doğuşda da heç bir problem olmayıb. Lakin sonradan körpələrin yerləşdirildiyi otaqda onun öldüyünü görüb. Əgər həkimlərin hərəsi bir açıqlama verirsə, deməli, yalan danışırlar, nəyisə gizlədirlər. Bu o deməkdir ki, uşaqlar onların məsuliyyətsizliyi üzündən ölüb”.

H.Əhmədov bildirib ki, bir xəstəxanada eyni gündə iki körpə yarım saat ara ilə ölürsə, deməli, nəzarət yoxdur, məsulyyətsizlik edilib.

Qeyd edək ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində gecə radələrində 2 körpə doğuşdan sonra ölüb. Saatlı rayonu Yeni Novruzlu kənd sakini, 1996-cı il təvəllüdlü Əhmədova Saniyə Daxıləli qızının gecə saatlarında doğulan oğlu səhər saatlarında keçinib. Həmin saatlarda Sabirabad rayonunun Əsgərbəyi kənd sakini, 1995-ci il təvəllüdlü Yusifova Rəvanə Rahil qızının dünyaya gətirdiyi qız körpəsi də bir neçə saatdan sonra ölüb.

Körpələrin hansı səbəbdən öldüyü hələlik məlum deyil. Uşaqların valideynləri hüquq-mühafizə orqanlarına müraciət ediblər. Körpələrin meyitləri Sabirabad Məhkəmə Tibbi Ekspertiza Və Patoloji Anatomiya Mərkəzinə aparılıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol