• $
  • €
  • ₽
  • ₺
  • £

Piyadaların üzərinə su sıçradan sürücülər cəzalanacaq - Azərbaycanda

Piyadaların üzərinə su sıçradan sürücülər cəzalanacaq - Azərbaycanda
24.11.2014 14:46
“Piyadalar həmin sürücü barədə məlumatı əldə edərək polisə müraciət edə bilərlər”.Baş Dövlət Yol Polisi İdarəsi yağışlı hava şəraiti ilə əlaqədar piyadaların üzərinə su sıçradan sürücülərə xəbərdarlıq edib.ANN.Az Oxu.Az-a istinadən xəbəbr verir ki, bu haqda məlumatı BDYPİ-nin İctimai Əlaqələr Şöbəsinin rəisi, polkovnik Kamran Əliyev bildirib. O qeyd edib ki, yağışlı hava şəraiti ilə əlaqədar qəsdən piyadanın üzərinə su sıçradan sürücülər cəzalanacaq. K.Əliyev qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin 155.1.5 maddəsinə əsasən su və ya palçığı yolda piyadaların və nəqliyyat vasitələrinin üzərinə qəsdən sıçradan sürücülər 40 AZN məbləğində cərimə olunur. Şöbə rəisi piyadalara da müraciət edərək bildirib:“Onlar da diqqətli olmalıdır, yollarda harda ki, gölməçə var, piyadalar bir qədər kənarda dayanıb avtomobilin hərəkətinin bitməsini gözləməlidir. Çünki sürücü ola bilər ki, avtomobili 20-30 kms-lə idarə etsin, belə olduğu halda nəqliyyat vasitəsinin təkəri çalaya düşə bilər və bu istər-istəməz su sıçrayışına səbəb ola bilər. O, bunu qəsdən törətmədiyi üçün ona inzibati məsuliyyət nəzərdə tutulmur. Lakin elə sürücülər də var ki, qəsdən gölməçələr olan yerdə avtomobilin alt hissəsinin yuyulması üçün və ya digər məqsədlə nəqliyyat vasitəsini yüksək sürətlə idarə edir və piyadaların, eləcə də digər avtomobillərin üzərinə çirkli su sıçradır”.Kamran Əliyev qeyd etdi ki, bu cür kobud davranışla üzləşən piyadalar avtomobilin dövlət nişanını, markasını, rəngini, hadisənin harda və nə vaxt baş verdiyi haqda məlumatları əldə edərək polis bölməsinə və “902”-yə müraciət edə bilərlər.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol