• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Gəncədə polisləri qətlə yetirənlərdən biri anasını öldürübmüş – Video

Gəncədə polisləri qətlə yetirənlərdən biri anasını öldürübmüş – Video
28.05.2020 19:44
Gəncədə yüksək rütbəli polis zabitlərini qətlə yetirdiyinə görə axtarışa verilən şəxslərlə bağlı bəzi təfərrüatlar bəlli olub.
Bizimyol.info -nun xəbərinə görə, Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı birgə məlumatda 1988-ci il təvəllüdlü Rəşad Məmmədəli oğlu Böyükkişiyevin əvvəllər qəsdən adamöldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunduğu bildirilib.
"Google” axtarış sistemində apardığımız kiçik araşdırma zamanı məlum olub ki. Rəşad Böyükkişiyev öz doğma anasını qətlə yetirdiyinə görə həbsdə olub. APA-nın 17 iyul 2007-ci ildə yaydığı xəbərdə oxuyuruq: "Gəncə şəhərində ailə məişət münaqişəsi zəminində qətl hadisəsi törədilib. Gəncə şəhər prokurorunun köməkçisi İbrahim Həsənovun APA-nın qərb bürosuna verdiyi məlumata görə, 19 yaşlı Rəşad Məmmədəli oğlu Böyükkişiyev öz anası bıçaqlayaraq öldürüb.
Onun sözlərinə görə, gecə saat 02:30 radələrində təqsirləndirilən Rəşad Böyükkişiyev öz yaşadığı Həsən Əliyev küçəsi, 1-ci döngə, ev 17-də 1966-cı il təvəllüdlü anası Flora Əhəd qızı Böyükkkişiyevanı bıçaqlayıb.
İ.Həsənov istintaq davam etdiyindən, hadisənin təfərrüatı barədə heç bir məlumat verməyib. Prokuror köməkçisi qeyd edib ki, Rəşad hadisəni törətdikdən sonra könüllü olaraq polisə təslim olub. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb”.
Həbs müddəti bitdikdən sonra Rəşad Böyükkişiyev Rusiya Federasiyasına gedib. Lakin orada da azadlıqda çox qala bilməyib. Həbsdən çıxdıqdan cəmi 9 ay sonra Rusiyada soyğunçuluq törədib. Nəticədə 14.07.2015-ci il tarixdə Rusiya Federasiyası CM-nin 161.2 maddəsi ilə (soyğunçuluq) 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Gəncədə polis zabitini qətlə yetirən digər şəxs – Fərrux Xəqani oğlu Qasımovun "Facebook” sosial şəbəkəsindəki paylaşımlarından görünür ki, o, şiə məzhəbli radikal dindardır. F.Qasımovun ən son paylaşımları ötən ilin oktyabrında göstərir. O, bir qrup saqqallı tanışları ilə çay süfrəsi ətrafında şəkil çəkdirib və fotonun şərh yerinə yazıb ki, "İnşallah Kərbəla yürüşünə hazırlığa çox az qaldı”.
F.Qasımovun digər video paylaşımında bir qrup dindar yürüş edir. Yürüşün önündə gedən maşına isə İran inqilabının lideri Xomeyninin şəkli vurulub.
F.Qasımovun paylaşdığı başqa videolarda Aşura mərasimlərindən kadrlar var. O, hətta ABŞ-da şiələrin Aşura mərasimindən də video paylaşıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yeni seçiləcək Prezidentdən nə gözləyirsiniz? - SORĞU/VİDEO
Cəmiyyət 17:57
Yeni seçiləcək Prezidentdən nə gözləyirsiniz? - SORĞU/VİDEO
İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi - Video
Cəmiyyət 19:29
İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi - Video
Bakıda maska taxmayanlar cərimələnir - VİDEO
Cəmiyyət 12:02
Bakıda maska taxmayanlar cərimələnir - VİDEO
Gəncədə polisləri qətlə yetirənlərdən biri anasını öldürübmüş – Video
Cəmiyyət 19:44
Gəncədə polisləri qətlə yetirənlərdən biri anasını öldürübmüş – Video
Daha bir icra başçısının ünvanına ağır ittiham - VİDEO
Cəmiyyət 20:55
Daha bir icra başçısının ünvanına ağır ittiham - VİDEO
Bu da Elmar Vəliyevin ağır yaralanan cangüdəninin VİDEOSU
Cəmiyyət 23:13
Bu da Elmar Vəliyevin ağır yaralanan cangüdəninin VİDEOSU
Ermənistan Azərbaycanın bu şəhərinə HÜCUMA HAZIRLAŞIR - VİDEO
Cəmiyyət 18:38
Ermənistan Azərbaycanın bu şəhərinə HÜCUMA HAZIRLAŞIR - VİDEO
Məşhur erməni yazıçıdan Ermənistanı silkələyəcək müraciət:
Cəmiyyət 18:50
Məşhur erməni yazıçıdan Ermənistanı silkələyəcək müraciət: "Elə bilrisiniz Qarabağ sizindi?" - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol