Salyanda avtomobillər toqquşub, yaralılar var

Salyanda yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, qəza Ələt–Astara magistral yolunun rayonun Kürsəngi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan iki minik avtomobili toqquşub.
Qəza nəticəsində Cəlilabad rayon sakinləri – 1968-ci il təvəllüdlü Qardaşxanova Natəvan Adil qızı və 1986-cı il təvəllüdlü Qardaşxanova Nuranə Cabir qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























