• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bu şəxslərin maaşları açıqlandı

Azərbaycanda bu şəxslərin maaşları açıqlandı
28.05.2020 22:40
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat işçilərinin vəzifə maaşları bəlli olub. Anews.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, aparat işçilərinin rəsmi maaşları 30.04.2018-ci il tarixdən müəyyən edilib. Məlum olub ki, nazirliyin aparat rəhbəri Anar Əliyev 1110 manat, onun müavini Bəxtiyar Əzizov 1035 manat, nazirin müşaviri Vüsal Nəsirli 805 manat, köməkçisi 805 manat maaş alır. Eləcə də, nazirliyin təminedici şöbəsinin müdirinin aylıq əməkhaqqı 980, onun müavininin maaşı 845, yardımçı şöbənin müdirinin məvacibi isə 860 manat təşkil edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları üzrə vəzifə maaşlarına gəlincə, onların əməkhaqları da 05.04.2018-ci il tarixdən müəyyən olunub. Əhalisinin sayı 100 min nəfərdən çox olan rayonların yerli oqranlarının direktor və rəisləri 485 manat, Gəncə və Sumqayıt şəhər şöbələrinin direktorları və rəisləri 505, əhalisinin sayı 50-100 min nəfər olan rayonlarda yerli orqanların direktor və rəisləri 475, əhalisinin sayı 50 min nəfərə qədər olan rayonların yerli orqanlarının direktor və rəisləri 460 manat məvacib alırlar. Qeyd edək ki, nazirliyin strukturunda ən aşağı məvacibi mütəxəssislər alır. Aparatda bu bölmə üzrə maaş 240-220, yerli orqanlarda 185-170 manat təşkil edir. Onu da qeyd edək ki, bu vəzifələr üzrə təyinatların əksəriyyəti yenidir. O ki qaldı nazirin və müavinlərinin, eləcə də, şöbə rəhbərlərinin məvaciblərinə, onlar açıq deyil. Kanalda yerləşdirilən bütün materiallar Rəsmi mənbələrə dayanaraq yalnız tanıtım xarakteri daşıyır. Kanalmizda yerləşen xəbərlərə və şərhlərə görə yalnız müəlliflər məsuliyyət daşıyır. 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol