• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gecə dünya dəyişəcək: son əsrin ən böyük olayı və "İncil"dəki fəlakət qeydi

Bu gecə dünya dəyişəcək: son əsrin ən böyük olayı və "İncil"dəki fəlakət qeydi
28.05.2020 18:41
Bu gecə Yer kürəsi xüsusi bir təbiət hadisəsini müşahidə edəcək. Qanlı Ay tutulması və Marsla Yer qarşıdurması yaşanacaq. Bu son yüz ilin ən uzun Ay tutulması olacaq. Alimlər bu günlə bağlı müxtəlif iddialar irəli sürür.

Publika.az xəbər verir ki, Hollandiyalı zəlzələ mütəxəssisi Frank Hoogerbeets bu gecə yaşanacaq hadisələrdən sonra 6 və ya 8 bal gücündə zəlzələ baş verə biləcəyini bildirib.

F. Hoogerbeets bu tutulmanın tektonik piltələri hərəkətə keçirdiyini deyib. O, bu hərəkətliliyin 6-8 bal gücündə zəlzələyə səbəb ola biləcəyini vurğulayıb.
Xristianların müqəddəs kitabı "İncil"də də "Ay qan rənginə bürünəndə fəlakət əlamətləri başlayacaq”, - deyə yazılıb.

Qanlı Ay tutulması ən yaxşı Yaxın Şərq, Qərbi Afrika və Qərbi Asiyada izləniləcək. Ay Yerin kölgəsində qalanda Ay tutulması baş verir. Ay saatda 3456 km sürətlə hərəkət etdiyinə görə Ay tutulması təxminən 40 dəqiqə davam edir. Günəş işıqları Yerə düşdüyünə görə Ay tamamilə qeyb olmur. Dünyaya düşən işıqlar mavi rəngi udub, qırmızı rəng əks etdirdiyinə görə Dünyanın kölgəsi də qırmızı olur.

Adətən, ildə iki dəfə Ay tutulması baş verir, nadir hallarda heç tutulma olmur və ya ildə üç dəfə baş verir. Bu dəfə baş verəcək tutulma isə ilin ən uzun Ay tutulması olacaq.

Bu gecə Mars, Yupiter və Saturn Yerə ən yaxın məsafədə olacaq. Göy üzü çox parlaq şəkildə görünəcək. İyulun 27-dən 28-ə keçən gecə baş verəcək Ay tutulması Azərbaycan ərazisində də tam müşahidə olunacaq. Ay tutulması iyulun 27-də axşam saat 22:24:27-də başlayacaq, iyulun 28-i gecə saat 02:19:00-da başa çatacaq. Tam tutulma 23:30:15-də başlayacaq, maksimum tutulma 00:21:44-də olacaq. Tam tutulma 01:13:11-də başa çatacaq.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol