• $
  • €
  • ₽
  • ₺
  • £

Avropaya viza almaq asanlaşır

Avropaya viza almaq asanlaşır
16.11.2014 13:00

Azərbaycan hökuməti İsveçrə və Norveçlə viza rejiminin sadələşdirilməsi və readmissiyalar haqqında sazişlərin imzalanmasına hazırlığı başa çatdırıb. Bunu Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.

Onun sözlərinə görə, bütün dövlət daxili prosedurlar başa çatdırılıb və sənədlərin yaxın vaxtlarda imzalanması gözlənilir: "Razılaşmaya əsasən, Şengen zonasına daxil olan İsveçrə və Norveçlə sadələşdirilmiş viza rejimi Avropa İttifaqı ilə sazişlərin şərtlərinə uyğun olacaq".

Aİ ölkələri ilə saziş bu il sentyabrın 1-də qüvvəyə minib. Mövcud saziş Aİ-yə daxil olan Danimarka, Böyük Britaniya və Şimali İrlandiya, həmçinin Şengen zonasına qoşulmuş İslandiya, Norveç, İsveçrə və Lixtenşteyinə şamil edilmir.

M.Məmməd-Quliyev əlavə edib ki, Norveç və İsveçrədən başqa, sazişə qoşulmamış digər ölkələrlə hazırkı mərhələdə danışıqlar aparılmır: "Əgər belə zərurət yaranarsa, bu ölkələrlə də viza rejiminin sadələşdirilməsi və readmissiyalar haqqında ayrıca saziş imzalanacaq".

Qeyd edək ki, sazişlərə müvafiq olaraq, viza yığımları 60 avrodan 35 avroyadək endiriləcək, vətəndaşların bəzi kateqoriyaları isə yığımlardan azad ediləcək. Tez-tez səfər edən bəzi kateqoriyalı şəxslər üçün Aİ-nin üzv ölkələri tərəfindən 1 ildən 5 il müddətinədək çoxdəfəlik vizalar veriləcək. 

ANS PRESS

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol