• $
  • €
  • ₽
  • ₺
  • £

Nişanlı cütlüyün bir yerdə faciəvi ölümünün TƏFƏRRÜATI

Nişanlı cütlüyün bir yerdə faciəvi ölümünün TƏFƏRRÜATI
11.11.2014 20:26
Ötən həftənin ən qara xəbərlərindən biri nişanlı cütlüyün Yusifə Mirzəyeva və Ceyhun Ələsgərovun bir evdə dəm qazından boğularaq ölməsi oldu. Lakin təəssüf ki, sosial mediada bu gənclərin nakam ölümü deyil, bir evdə boğulması əsas müzakirə mövzusuna çevrildi, haqlarında müxtəlif şaiyələr yayıldı. Onların hər ikisinin dindar olması isə söz-söhbətin daha da böyüməsinə gətirib çıxardı.

Faktxəbər-in redaksiyası ilə əlaqə saxlayan hadisə şahidlərindən biri – Güllü xanım bu məsələdən narahat olaraq təfərrüat barədə məlumat verib. Onun sözlərinə görə, nişanlı cütlükləri, əsasən də qızı şəxsən tanıyıb: "Yusifə və qardaşı yetim idilər, anaları-ataları ölmüşdü. Qardaşı da hicab məhbusu olub, həbsxanadan təzə çıxmışdı. Onların ev şəraiti bərbad vəziyyətdə idi".

Güllü xanımın bildirdiyinə görə, faciə baş verən gün qız hamamda paltar yuyurmuş: "Rəhmətlik çox arıq və çəlimsiz qız idi. Nişanlısı da gəlib görüb ki, qız paltarı yumaqda əziyyət çəkir, başlayıb ona kömək etməyə. Yəqin ki, qaz da bir yerdən sızırmış. Bunlar da dəm qazından boğulublar".Güllü xanım onu da əlavə edib ki, hadisə deyildiyi kimi gecə saatlarında baş verməyib: "Faciə saat 8 radələrində olub. Qardaşı gələndə görüb ki, bacısı bir tərəfdə əlində paltar sıxan yerdə yıxılıb, nişanlısı da digər tərəfdə. Artıq gec idi, çoxdan keçinmişdilər".

Xatırladaq ki, Bakı şəhər sakinləri, 1992-ci il təvəllüdlü Yusifə Yusif qızı Mirzəyeva və nişanlısı, 1990-cı il təvəllüdlü Ceyhun Qədeş oğlu Ələsgərov evdə dəm qazından boğularaq ölüblər. Hadisə Binəqədi qəsəbəsi Ramazanov küçəsi 2 ünvanında qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.//qaynar.info
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol