• $
  • €
  • ₽
  • ₺
  • £

Toyu yasa çevirən Bakı “avtoş”ları - ŞOK VİDEO

Toyu yasa çevirən Bakı “avtoş”ları - ŞOK VİDEO
07.11.2014 12:43

“Qəhrəmanlar” təhlükəli manevrlərlə ölümlə “rəqs edirlər”.

Bu kadrlar Yasamal rayonunda, “İnşaatçılar” metrostansiyasının yaxınlığındakı “Ağ çiçəyim” şadlıq evinin qarşısında çəkilib. Özü də “avtoş”luq edənlər (daha doğrusu, toyu yasa çevirməyə çalışanlar) toya gələn gənclərdir.

Avtosfer.az-ın məlumatına görə, bu video Youtube sosial şəbəkəsinə Babək Əliyev adlı şəxs tərəfindən bu il yerləşdirilib. Kadrlardan görünür ki, bəy-gəlin maşını şadlıq evinə yenicə çatıb.

Onları müşayiət edən ağ və qara rəngli “VAZ-2107” markalı avtomobillər yolda təhlükəli vəziyyət yaradırlar.

Onsuz da şadlıq evinin qarşısındakı maşınların əlindən yol daralıb. Bu avtoxuliqanların hərəkətləri isə yolu daha da pis vəziyyətə salır. Öz yolu ilə gedən avtomobillər bu iki üzqarasına görə təhlükəli vəziyyətlə – qəza şəraiti ilə üzləşirlər. Onların “qəhrəmanlığı” nəticəsində ətrafdakı insanlar narahat olurlar, sonra hamı “tamaşaya” baxmağa başlayır. Bundan həvəslənən “avtoşlar” yolun əksinə hərəkət edərək daha təhlükəli manevrlərlə ölümlə rəqs edirlər.

Görəsən, bunlar anlamırlarmı ki, toy günü bədbəxtçilik baş verə bilər və toyu yasa döndərə bilərlər? Maraqlıdır ki, “07”lərin bu hərəkətləri ətrafdakı “avtoş”ları da həvəsləndirir və az sonra ağ rəngli “KİA” markalı avtomobil də onlara qoşulmağa çalışır. Lakin artıq şou başa çatmışdı.

Bu kadrlar həvəskar operator tərəfindən çəkilib və bir az uzaqdan lentə alındığı üçün avtomobillərdən yalnız bəy-gəlin maşınının və ağ rəngli “07”nin dövlət nömrə nişanlarını görmək mümkündür. Bəy-gəlin maşınının nömrəsi 90 NG 584, ağ rəngli “07”nin nömrəsi isə 10 KK 069-dur.

İnanırıq ki, Dövlət Yol Polisi İdarəsi bu xuliqanları artıq cəzalandırıb. Belə deyilsə, bu kadrlar onların cəzalandırılması və bu barədə ictimaiyyətə məlumat verilməsi üçün böyük əsas sayıla bilər.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol