• $ 1.7
  • € 1.9559
  • ₽ 0.021627
  • ₺ 0.043
  • £ 2.2854

Azərbaycanda dəfn qaydaları dəyişir

Azərbaycanda dəfn qaydaları dəyişir
05.10.2018 14:19
Azərbaycanda dəfnlə bağlı bir sıra yeni qaydalar təsdiq edilib.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.

Məcəlləyə yeni 516-1 (Qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulması) maddəsi əlavə olunur.

Maddəyə əsasən, dəfn barədə məlumatın dəfnlərin vahid reyestrində yerləşdirilməməsinə və ya vaxtında yerləşdirilməməsinə görə vəzifəli şəxslər 100 manatdan 300 manatadək məbləğdə cərimə edilirlər.

Qəbir yerlərinin rezervasiyası tələblərinin pozulması, dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə görə 500 manatdan 1000 manatadək məbləğdə cərimə tətbiq edilir.

Məcəlləyə əlavə edilən yeni – 516-1-ci (Qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulması) maddəsinin 2-ci bəndinə əsasən, qəbiristanlıqların qorunması tələblərinin, habelə dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarının pozulmasına görə fiziki şəxslər 20 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə olunacaqlar.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dəhşətli yanğın davam edir: işıqlar sönə bilərmi? - Açıqlama
Cəmiyyət 09:52
Dəhşətli yanğın davam edir: işıqlar sönə bilərmi? - Açıqlama
Hacıbala Abutalıbova vəzifə verildi
Cəmiyyət 23:09
Hacıbala Abutalıbova vəzifə verildi
Həbib Nurməhəmmədova sponsorluq edən azərbaycanlı biznesmen kimdir?
Cəmiyyət 13:21
Həbib Nurməhəmmədova sponsorluq edən azərbaycanlı biznesmen kimdir?
Azərbaycanda dəfn qaydaları dəyişir
Cəmiyyət 14:19
Azərbaycanda dəfn qaydaları dəyişir
Eldar Əzizov Qüdrət Şükürovu vəzifəsindən azad etdi
Cəmiyyət 09:57
Eldar Əzizov Qüdrət Şükürovu vəzifəsindən azad etdi
Azərbaycanda bu universitet fəaliyyətini dayandırır
Cəmiyyət 15:24
Azərbaycanda bu universitet fəaliyyətini dayandırır
Azərbaycanda siqaretə görə yeni cərimə
Cəmiyyət 15:06
Azərbaycanda siqaretə görə yeni cərimə
Bakıda kafedə güclü PARTLAYIŞ OLDU - VİDEO
Cəmiyyət 12:13
Bakıda kafedə güclü PARTLAYIŞ OLDU - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol