Şəkidə yaşayış evində partlayış olub, xəsarət alanlar var

Şəkidə yaşayış evində baş verən partlayışda bir neçə nəfər xəsarət alıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında şəhər ərazisində fərdi yaşayış evlərindən birində qeyd alınıb.
İlkin məlumata görə, partlayış qaz sızmasından baş verib.
Partlayış zamanı xəsarət alanların olduğu bildirilir.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























