• $
  • €
  • ₽
  • ₺
  • £

“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi

“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
02.11.2026 17:01

“Gözel Seeds” və ADA Universitetinin birgə təşkilatçılığı ilə Türkiyənin genetika və kənd təsərrüfatı biotexnologiyası sahəsində altı aparıcı aliminin iştirakı ilə “Genlərdən ağıllı kənd təsərrüfatına: dayanıqlı bitkiçilik və heyvandarlıq üçün müasir biotexnologiyalar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbirdə regionun ərzaq təhlükəsizliyinin təmin edilməsi, dəqiq seleksiya üsullarının inkişafı və beynəlxalq bazarlara inteqrasiya istiqamətində qabaqcıl genom texnologiyalarının imkanları müzakirə olunub.

Konfrans “Gözel Seeds” şirkətinin təsisçisi Tahir Gözel və ADA Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri Fakültəsinin dekanı Matteo Vittuarinin açılış nitqləri ilə başlayıb.

Türkiyədən dəvət olunmuş professorlar A. Naci Onus, Anne Frary, Sami Doganlar, Levent Mercan, Musa Kavas, dosent İbrahim Chelik, eləcə də ADA Universitetinin professoru Mehrac Abbasov müasir kənd təsərrüfatının inkişafında mühüm rol oynayan innovativ texnologiyalara həsr olunmuş elmi sessiyada çıxış ediblər. Professor Matteo Vittuari həm də konfransın moderatoru kimi çıxış edib.

Məruzələrdə yüksək məhsuldarlıqlı genetik sekvensləmə, bioinformatika və CRISPR-Cas9 gen redaktəsi texnologiyaları, həmçinin bu üsulların ekstremal iqlim şəraitinə və yeni yaranan xəstəliklərə davamlı bitki sortlarının yaradılmasını sürətləndirmək potensialı diqqətə çatdırılıb.

Elmi sessiyalardan öncə və sonra çıxış edən Tahir Gözel regionun kənd təsərrüfatının üzləşdiyi kommersiya və strateji çağırışlara toxunub. O bildirib ki, beynəlxalq toxum istehsalçıları əsasən yüksək texnologiyalı, avtomatlaşdırılmış istixanalar üçün məhsuldar sortlar hazırladıqları halda, yerli fermerlərin əhəmiyyətli hissəsi orta və aşağı texnoloji səviyyəli təsərrüfatlarda fəaliyyət göstərir. Bu isə yerli şəraitə uyğunlaşdırılmış, davamlı toxum sortlarına ehtiyacı artırır.

Mövcud ehtiyacların qarşılanması istiqamətində “Gözel Seeds”şirkətinin Türkiyədə həyata keçirdiyi investisiyalardan danışan Tahir Gözel double haploid (DH) texnologiyası üzrə ixtisaslaşmış laboratoriyanın və qabaqcıl molekulyar marker laboratoriyasının yaradılmasını xüsusi vurğulayıb. O, həmçinin mürəkkəb genom məlumatlarının təhlilində maşın öyrənməsi texnologiyalarının artan roluna diqqət çəkib. Biotexnologiyanın tətbiqinin heyvandarlıq sahəsini də əhatə etməsinin vacibliyini bildirərək, yerli şəraitə uyğun südlük mal-qara cinslərinin yetişdirilməsinin əhəmiyyətini qeyd edib.

Bu elmi və texnoloji nailiyyətləri ölkənin inkişaf perspektivləri ilə əlaqələndirən Gözel kənd təsərrüfatında özünütəminatın gücləndirilməsinin dövlət suverenliyi baxımından strateji əhəmiyyət daşıdığını vurğulayıb:

“Elmi kəşflərin yeni üfüqlərini araşdırmaq müasir sahibkarların ən böyük məsuliyyətidir.”

Konfransdan sonra ADA Universitetinin nümayəndəliyi, Türkiyədən gələn alimlər və Gözel Seeds nümayəndələri arasında Bakıda 10-14 günlük birgə yay məktəbinin təşkili imkanları müzakirə olunub. Aparıcı alimlərlə əməkdaşlıq çərçivəsində nəzərdə tutulan bu təşəbbüs tələbələrin qabaqcıl tədqiqat texnologiyaları ilə tanış olmasına, ixtisas biliklərini dərinləşdirməsinə və beynəlxalq akademik təcrübədən faydalanmasına şərait yaratmağı hədəfləyir.

Qeyd edək ki, beynəlxalq miqyasda bitkilərin seleksiyası və toxumçuluq fəaliyyəti ilə məşğul olan “Gözel Seeds” öz tədqiqatlarında molekulyar marker texnologiyaları, genetik analizlər və “double haploid” (DH) kimi qabaqcıl bitki seleksiyası üsullarından istifadə edir. Şirkət malik olduğu texnoloji bilik və tədqiqat təcrübəsinə əsaslanaraq, müasir seleksiya texnologiyalarının tətbiqini və ixtisaslaşmış bilik mübadiləsini təşviq etməklə Azərbaycanın elmi və aqrar inkişafına töhfə verməyi hədəfləyir.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Cəmiyyət 15:31
Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Cəmiyyət 15:24
Bakıda 140 gün ərzində 101 küçə və prospektdə təmir işləri yekunlaşıb
Anar Bayramov direktoru işdən çıxarıb
Cəmiyyət 14:56
Anar Bayramov direktoru işdən çıxarıb
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəmiyyət 14:42
Bakıda qəzaya düşən “BMW” klinikaya girib
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəmiyyət 14:28
Cəlilabadda 6 kəndin işığı kəsilib
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Cəmiyyət 13:29
Sabah temperatur 5-10 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
Cəmiyyət 13:21
Aqrar sahədə mütəxəssis hazırlığı təşviq edilməlidir – deputat
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol