• $ 1.7
  • € 1.9934
  • ₽ 0.020047
  • ₺ 0.0411
  • £ 2.3046

Rövşən Lənkəranskinin "xaç oğlu" azadlığa çıxdı - 3 ildən sonra - EKSKLÜZİV(FOTO)

Rövşən Lənkəranskinin
05.10.2018 19:47
Azərbaycanlı "qanuni oğru”, kriminal aləmdə "Zaur Naxçıvanski” kimi tanınan Zaur Bayram oğlu Şipilov azadlığa çıxıb.


Yenicag.az xəbər verir ki, 33 yaşlı kriminal avtoritet bu gün sərbəst buraxılıb.
Xatırladaq ki, Rusiyanın Orenburq şəhərində anadan olan Zaur kriminal aləmdə nüfuzlu avtoritetlərdən sayılan Bayram Talıbovun oğludur. Şipilovun atası 2006-ci ilin aprelində "Sabirabadlı Hikmət” kimi tanınan Hikmət Muxtarovla birgə sui-qəsd nəticəsində qətlə yetirilib.
Qeyd edək ki, mərhum azərbaycanlı "qanuni oğru” Rövşən Lənkəranski tərəfindən "tac”landırılan Zaur Şipilov 2015-ci ilin oktyabr ayında Moskvanın Alayski bazarında olan "Çertanovskoy” restoranında polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində külli miqdarda narkotik vasitə (heroin) aşkarlanıb. Ona Rusiya Cinayət Məcəlləsinin 228-ci (narkotik vasitə saxlama) ittihamı verilib. O, istintaq dövründə Moskvada yerləşən "Matroskaya Tişina” həbsxanasına göndərilib. Zaur Şipilovun işinə Moskva şəhər Çertanov rayon Məhkəməsi baxıb. Məhkəmənin hökmü ilə Zaur Naxçıvanski 3 il müddətinə azadlıqdan məhrum edilib. O "Matroskaya Tişina” cəzaçəkmə müəssisəsindən Samara vilayətində olan həbsxanaya etap edilib. Kriminal avtoritet həmin türmədə tanınmış "qanuni oğru” Vladimr Ozerskiy (Vova Zyuzya) ilə birgə cəza çəkib.

Zaur Naxçıvanski kriminal aləmdə Rövşən Lənkəranskinin "xaç oğlu” kimi də tanınır. Belə ki, Şipilovun atası qətlə yetiriləndən sonra o, həmin dövrdə Rövşən Lənkəranski tərəfindən himayə edilib. Rövşən Zaurun yetişməsində, atasının yolunu getməsində böyür rol oynayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Azərsun Holdinq” təhsil müəssisələri ilə əməkdaşlıq görüşü keçirib
Cəmiyyət 21:47
"Azərsun Holdinq” təhsil müəssisələri ilə əməkdaşlıq görüşü keçirib
Hacı Murad Yengizarovun nəşi sabah vətənə gətiriləcək
Cəmiyyət 19:49
Hacı Murad Yengizarovun nəşi sabah vətənə gətiriləcək
Gəncədə mikroavtobus və minik avtomobili toqquşub, xəsarət alanlar var
Cəmiyyət 19:20
Gəncədə mikroavtobus və minik avtomobili toqquşub, xəsarət alanlar var
37 sayda müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
Cəmiyyət 18:50
37 sayda müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb - Video
Cəmiyyət 18:02
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb - Video
Azərbaycanda dənizdə boğulanları robotlar xilas edəcək - MÜSAHİBƏ
Cəmiyyət 17:55
Azərbaycanda dənizdə boğulanları robotlar xilas edəcək - MÜSAHİBƏ
Növbəti iki gün yağış yağacaq -XƏBƏRDARLIQ
Cəmiyyət 17:43
Növbəti iki gün yağış yağacaq -XƏBƏRDARLIQ
Kirayə mənzil mexanizmindən faydalanan ailələrin sayı 8 mini ötüb
Cəmiyyət 17:40
Kirayə mənzil mexanizmindən faydalanan ailələrin sayı 8 mini ötüb
Hüquq müdafiəçiləri TƏBİB-dən Oqtay Gülalıyev üçün dərmanların vaxtında çatdırılmasını xahiş edib
Cəmiyyət 16:53
Hüquq müdafiəçiləri TƏBİB-dən Oqtay Gülalıyev üçün dərmanların vaxtında çatdırılmasını xahiş edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol