• $
  • €
  • ₽
  • ₺
  • £

Banan “Ebola” qorxusu ilə ucuzlaşır

Banan “Ebola” qorxusu ilə ucuzlaşır
03.11.2014 11:17
Afrikada geniş yayılmış “Ebola” xəstəliyi bütün dünyada olduğu kimi Azərbaycanda da narahatlıq yaradıb. Bu narahatlıq, Azərbaycana bananı idxal edənləri ziyana salır.ANN.Az Marja-ya istinadən xəbər verir ki, banan vasitəsilə “Ebola” virusunun Afrika ölkələrindən Azərbaycana gətirilməsinin mümkünlüyü barədə yayılmış məlumat banan satışına mənfi təsir edib. Bu gün çoxları uşaqlarına banan almağı dayandırıb, yaxın qohum və dostlarına da banan almamağı tövsiyə edirlər. Nəticədə də, bananın qiyməti aşağı düşməyə başlayıb. Əvvəllər marketlərdə 2 manat 15 qəpik - 2 manat 30 qəpiyə satılan banan 2 manatdan da aşağı düşüb. Marketlərdən verdiyi məlumata görə, bananın satışı yarıbayarı azalıb.Azərbaycanda çoxları bananı dünyaya Afrikanın satdığını bilirlər. Amma dünyaya ən çox bananı Cənubi Amerika və Asiya ölkələri satırlar. Ən çox banan ixrac edən (satan) ölkələr Ekvador, Filippin, Kosta Rika, Qvatemala və Kolumbiyadır.Dünyadakı banan ticarətinin  80 faizinə “ChiquitaFyffes”, “Fresh Del Monte” və “Dola” şirkətləri nəzarət edilir. Bu ilin Martında ABŞ-ın  banan tədarükçüsü (dağıtım şirkəti)  “Chiquita”, İrlandiyalı rəqibi “Fyffes”i 526 milyon dollara satın alaraq dünyanın ən böyük banan tədarükçüsünə çevrilib. Satın almadan sonra “ChiquitaFyffes” adı verilən şirkətin illik 4,6 milyard dollar gəlir əldə edəcəyi gözlənilir.Bir müddət əvvəl respublikanın baş pediatrı Nəsib Quliyev Azərbaycanda satılan bananların uşaqlar üçün yarasız olduğunu bildirmişdi:“Kal-kal yığıb Azərbaycana gətirir, uzun müddət burda anbarlarda saxlayırlar, saralanda, yəni xarab olanda satışa çıxarırlar. Əslində banan palma ağacında yetişməlidir. Ağacda yetişdikdən sonra dərilən banan istifadəyə tam yararlıdır. Bizim iqlimlə, torpaqla uyğunlaşan qida olmadığından bananın Azərbaycanda istifadəsi də məqbul sayılmır. Bu meyvə isti iqlimi olan Afrika ölkələri üçün daha yararlıdır. Mən həkim kimi bananı Azərbaycanda uşaqlara məsləhət görmürəm”.Baş pediatr bananın “Ebola” virusunun daşıyıcısı olması barədə suala, “Bu ola da bilər, amma reallığını təsdiq edəcək faktla qarşılaşmamışam” şəkilində cavab vermişdi.Azərbaycan vətəndaşlarının çoxu da, bananın “Ebola” virusunun geniş yayıldığı Afrikada  yetişdiyindən, meyvənin bu qorxulu virusun daşıyıcısı ola biləcəyi ehtimalını irəli sürür. Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov mətbuata bildirib ki, banan vasitəsilə Ebola virusunun Afrika ölkələrindən Azərbaycana gətirilməsi mümkün deyil:“Bəlkə insanlar fikirləşirlər ki, Afrika ölkələrində insanların əlləri banana, kofeyə dəyib, virus da onda qalıb. Bu, mümkün deyil, nə viruslar, nə də bakteriyalar açıq havada çox yaşaya bilməz”.Bananın insan orqanizmi üçün faydalı olduğunu, xüsusilə uşaqların immunitetini qaldırdığını deyən Y.İbrahimov bildirib ki, hazırda ölkəyə gətirilən bananların tərkibi normaldır və onlarla bağlı narahatlığa əsas yoxdur.Vətəndaşların çoxu bananın ucuzlaşmasına sevinir. Onlar hesab edirlər ki, indiyədək banan Azərbaycanda qonşu dövlətlər ilə müqayisədə baha satılıb.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol