• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı alimdən ölümsüzlüyə dair elmi kəşf - VİDEO+FOTO

Azərbaycanlı alimdən ölümsüzlüyə dair elmi kəşf - VİDEO+FOTO
01.11.2014 17:42
Biofizik Eldar Qasımov kəşfini patentləşdirməyi düşünürAzərbaycanlı alim, Nyu-York Akademiyasının həqiqi üzvü Eldar Qasımov elmdə inqilabi kəşf etdiyini iddia edir. ANS PRESS-in məlumatına görə, Moskvada yaşayan azərbaycanlı alim hüceyrədə baş verən ATF-in əmələgəlmə prosesinin elmə məlum olduğu formada deyil, fərqli şəkildə baş verdiyini deyir. Onun sözlərinə görə, onun kəşf elədiyi prosesi tətbiq edərək gələcəkdə insan orqanizmində yaranan müxtəlif xəstəliklərin dərmanının tapılması yolunda irəliləyiş əldə etmək mümkündür. Biofizik alim hüceyrədə ATF-in yaranmasının fərqli formasını tətbiq edərək insan ömrünü uzatmağı və insanın daim cavan saxlamasına nail olmağın mümkün olduğunu deyir.

Qasımov Eldar Əliş oğlu 5 iyun 1960-ci ildə Azərbaycan SSR-nin Gədəbəy rayonunun Orconikidze (indiki Nəriman) kəndində anadan olub. Atası Qasımov Əliş Məhəmməd oğlu dəmirçi, anası Qasımova (Məmmədova) Qızxanım Oruc qızı kolxozçu olub. 1967- 1977-ci illərdə Orconikidze kənd orta məktəbində oxuyub. 1977-ci ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsinə qəbul olub. 1980-ci ildə Leninqrad Dövlət Universitetinə köçürülüb və buranı 1983-ci ildə bitirib. 1983-cü ildən 1984-cü ilə kimi Azərbaycan SSR-nin Elmlər Akademiyasının Fizika İnstitutunda işləyib. 1984-cü ildən 1985-ci ilə kimi SSR-nin Kimya Fizika İnstitutunda təcrübə keçib. 1985-ci ildə SSR-nin EA-nın KFİ-da V. İ. Qoldan Akademiyasının biofizika fakültəsinin aspiranturasına qəbul olub. 1988-ci ildə RNT-nin strukturu və funksiyası üzrə dissertasiyanı təqdim edib. 1991-ci ildə isə MDU dissertasiya Şurasında bioloji elmlər üzrə alimlik dərəcəsi üzrə namizədlik dissertasiyamı müdafiə edib.1989-cu ildən 1997-ci ilə kimi SSR EA-nın Bitkilərin Fiziologiyası İnstitutunda (BFİ) mitoxondranın strukturu və funksiyası ilə bağlı problem üzərində çalışıb. 1997-ci ildən indiyə kimi OOO “DİS” TE və “KORVET” elmi-istehsalat mərkəzinin rəhbəridir. 60-dan çox elmi kitabın və ATF elektronlarının mexano-xemiosmotik köçürülmə əlaqəsi və sintezinin müəllifidir.Ailəlidir, iki övladı var. Həyat yoldaşı Qasumova İrina Viktorovna bioloqdur. Oğlu Qasımov Ruslan veterinar həkimdir, qızı Qasımova Viktoriya hüquqşünasdır.

ANN.Az 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol