• $
  • €
  • ₽
  • ₺
  • £

Quba-Xınalıq yolunda növbəti uçqun

Quba-Xınalıq yolunda növbəti uçqun
31.10.2014 16:20
 “Quba-Xınalıq yolunda uçqun prosesi mütəmadi olaraq baş verir. Bu ərazidə həm sürüşmə, həm də uçqun tipli proseslərin baş verməsi üçün şərait var. Quba-Xınalıq yolunda növbəti uçqun isə bu həftə ərzində qeydə alınıb”. Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama  Ekspedisiyasının ekzogen geoloji proseslərinin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib. O bildirib ki, uçqun yağıntıların təsirindən olub. Uçqunun geniş ərazini əhatə etmədiyini söyləyən S.Əmiraslanov qeyd edib ki, uçqun materiallarının xırda olması, ümumi ərazinin az olması ciddi təhlükə yaratmayıb. Nazirlik nümayəndəsinin sözlərinə görə, ölkə ərazisindəki mövcud sürüşmə sahələrində, potensial ərazilərdə müşahidələr, baxışlar və monitorinqlər davam etdirilir: “Yağıntılar mövcud sahələrdəki sürüşmə ehtimalını daha da artırır. Sürüşmənin aktivləşməsinə səbəb olan əsas amillərdən biri də yağıntılardır. Onu nəzərə alaraq monitorinqləri daha da intensivləşdiririk”. S.Əmiraslanov qeyd edib ki, bu il havaların quraq keçməsi nəticəsində yaranan çatlarda yeni sürüşmə sahələri qeydə alınmayıb. Mövcud olan kövrək ərazilərdə quraqlıqdan əmələ gələn çatlardan sonradan atmosfer yağıntılarının süzülməsi həmin hissələrdə sürüşməni daha da sürətləndirib: "Sentyabr ayında ilk atmosfer yağıntılarından sonra dağlıq rayonlarda bu, özünü göstərib. Bu il havanın quraq keçməsi sürüşmə üçün də səbəblərdən biridir. Torpaqda çatların əmələ gəlməsi, sonradan çatlara suyun süzülməsi sürüşmə prosesini əmələ gətirəcək. Amma yeni bir sürüşmə sahəsi hələ ki əmələ gəlməyib”.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol