• $
  • €
  • ₽
  • ₺
  • £

"Topaz" bu ananı dilənçiyə çevirdi - FOTOLAR

"Topaz" bu ananı dilənçiyə çevirdi - FOTOLAR
31.10.2014 15:45
“Hər ay dilənçiliklə qazandığım pulların çoxunu televiziya kanallarının birində operator işləyən böyük oğlumun kreditinə verirəm”. ANN.Az xəbər verir ki, bu sözləri AzNews.az-a Metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığında dilənçilik edən və Sabunçuda kirayədə yaşayan 55 yaşlı qadın deyib.Onun sözlərinə görə, oğlu “Topaz”a pul qoyduğundan borca düşüb, buna görə də bankdan pul götürüb: “Hər ay bankdan mənə zəng vururlar ki, kreditinizi ödəyin. Oğlumu nə qədər danlasam da, xeyri yoxdu. Televiziyadan maaşını alan kimi “Topaza”a qaçıb pul qoyur, mən də onun kreditini ödəyirəm. Hələ üstəlik təsəlli də verir ki, ana, darıxma, oğlanlar var ki, ev-eşiyini satıb pulunu bura qoyur”.Ərindən 14 ildi ki, ayrıldığını deyən qadın kədərli ailə həyatından da söz açıb: “Ərim hər gün içib, məni döyürdü, məcbur olub evdən çıxdım. İndi dilənçiliklə başımı dolandırıram. Kiçik oğluma deyirəm ki, gəl mənimlə kirayədə yaşa. Cavab verir ki, mənim evim var, kirayədə niyə yaşamalıyam? Atası yanıma gəlməyə icazə vermir. Qorxudu ki, ananıza sahib çıxsanız, evdən qovacam. Onlar da evsiz qalacaqlarından qorxub mənə sahib çıxmırlar, amma görüşürük. Arada zəng də vururlar. Keçən dəfə qardaşım oğlu məni tapıb evinə apardı. Həyat yoldaşı onlarla yaşamağıma razılıq vermədi. İndi görün, nə günlərə qalmışam ki, övladım yaşında olan cavanlar məni “dəli” bilərək küçədə ağzıma, üzümə söyürlər".O, “Sirr deyilsə, gününə nə qədər pul qazanırsınız” sualına “Gün olur ki, heç bir qəpik də yol pulum olmur, ancaq elə gün olur ki, yüz manat qazanıram. Ümumilikdə, hər ay qazancım 1000 manat olur. Onun da 200 manatını kirayəyə verirəm. Qalan pullarımı da oğlum götürür. O da mənə yiyə durmur” cavabını verib.Metronun “Nəriman Nərimanov” stansiyasının həndəvərində dilənçilik edən qadın yeməyini yaxınlıqda yerləşən kafedə yediyini əlavə edib: “Kafenin sahibi tapşırıb ki, məndən pul alınmasın. Burda şəhid ailələrinə də yemək pulsuz verilir. Axşam da evə gedəndə şirniyyatla çay içib yatıram”.Qadın redaksiyadan xahiş edib ki, onun adı familiyasını yazıda qeyd etməyək və fotosunu yaxından verməyək: “İstəmirəm oğlumun iş yoldaşları ona yuxarıdan aşağı baxsınlar. İstəmirəm, kimsə bilsin ki, anası sahibsiz halda küçələrdə dilənir. Ona görə də nə adımı yazın, nə də şəklimi verin”.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol