• $
  • €
  • ₽
  • ₺
  • £

Elm adamlarına müjdə

Elm adamlarına müjdə
30.10.2014 11:07
 “Elm siyasəti haqqında” qanun layihəsi Milli Məclisdə noyabrın 5-də müzakirəyə çıxarılacaq.Bu barədə Modern.az saytına Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev məlumat verib.Deputat onu da qeyd edib ki, “Elm siyasəti haqqında” qanun layihəsi noyabrın 5-nə qədər Milli Elmlər Akademiyasında müzakirə olunacaq.O bildirib ki, sözügedən qanun layihəsi noyabrın 5-də Milli Məclisin Elm və Təhsil Komitəsində müzakirə olunacaq.  Uzun müddətdir gündəmdə olan “Elm siyasəti haqqında” qanun layihəsi bəzi mübahisəli müddəalarına görə Milli Məclisin gündəliyindən çıxarılmışdı.  Hələ 2009-cu ildə “Təhsil haqqında” Qanun qəbul olunduqdan sonra bu sənəddən irəli gələn digər sahə qanunlarının qəbul olunacağı gözlənilirdi. Bu siyahıda ilk növbədə “Elm siyasəti haqqında” qanun layihəsi də vardı. Ötən müddət ərzində dəfələrlə bu sənədlə bağlı müzakirələr aparılıb. 5 ildir ki, hər sessiyanın başlanğıcında “Elm siyasəti haqqında” qanun layihəsinin müzakirəyə çıxarılacağı deyilsə də, sessiyanın sonunda qanunun müzakirə olunması gerçəkləşmirdi. Artıq qanun layihəsi müzakirəyə çıxarılmağa hazırdır.Elm sahəsində çalışanlar isə uzun müddətdir bu qanun layihəsinin nəhayət qəbul olunacağını səbirsizliklə gözləyirlər.“Elm siyasəti haqqında” qanun layihəsi elmi fəaliyyət sahəsində dövlət siyasətinin məqsəd və prinsiplərini, elmi fəaliyyətin subyektlərinin və iştirakçılarının hüquq və vəzifələrini, elmi fəaliyyətin təşkilati, hüquqi əsaslarını müəyyənləşdirir. Qanun vətəndaşların əqli potensialının reallaşması və elmi nailiyyətlərdən istifadə edilməsində məqsədyönlü fəaliyyətin həyata keçirilməsi üçün hüquqi zəmin yaradacaq. Bu sənəd elmin inkişafına, bu sahədə aparılan islahatlara təkan verəcək. Layihədə elmi işçinin hüquq və vəzifələri, elmi işçilərin sosial müdafiəsi, onların mükafatlandırılması, beynəlxalq elmi əməkdaşlıq və digər məsələlər də əksini tapır.Qeyd edək ki, noyabrın 18, 19, 20-də Milli Məclis 2015-ci ilin dövlət büdcəsi zərfini müzakirə edəcək. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol