• $
  • €
  • ₽
  • ₺
  • £

Məhkəmə-Hüquq Şurası hakimə töhmət elan etdi

Məhkəmə-Hüquq Şurası hakimə töhmət elan etdi
28.10.2014 14:03
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.Bu barədə APA-ya Şuradan məlumat verilib.  İclasda prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatı çərçivəsində insan haqlarının etibarlı təmin edilməsinə xüsusi önəm verildiyi qeyd edilib, ölkəmizin bu sahədə mütərəqqi beynəlxalq təcrübədən uğurla bəhrələndiyi vurğulanıb. Bu günlərdə Ali Məhkəmə və Avropa Şurasının birgə təşkilatçılığı ilə keçirilmiş İnsan Hüquqları üzrə Avropa Konvensiyasının tətbiqinə dair yüksək səviyyəli beynəlxalq konfransda iştirak edən Avropa Məhkəməsi sədrinin və bir çox Avropa dövlətlərinin yüksək məhkəmə rəhbərlərinin azərbaycanlı hakimlərlə görüşünün və təcrübə mübadiləsinin təşkilinin, habelə, həmin tədbirdə iştirak etmək üçün ölkəmizdə səfərdə olan insan hüquqları üzrə ixtisaslaşmış nüfuzlu alimlərin iştirakı ilə hakimlər və dövlət ittihamçıları üçün təlimlər keçirilməsinin əhəmiyyəti bildirilib. Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda insan haqlarının məhkəmə müdafiəsinin daha da təkmilləşdirilməsi, bu sahədə hakimlərin peşəkarlığının artırılması və mövcud problemlərin aradan qaldırılması üzrə qarşıda duran məsələlər diqqətə çatdırılıb. Tədbirdə həmçinin hakimlər barədə başlanılmış intizam icraatlarına baxılıb, məhkəmə aktlarının vaxtında tərtib edilməməsinə, icra intizamının digər kobud pozulması hallarına və süründürməçiliyə yol verməklə, tərəflərin hüquq və mənafelərini təmin etmədiyinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Aqşin Əfəndiyevə töhmət verilib, ağır yol-nəqliyyat hadisələri ilə əlaqədar cinayət işlərinə baxılarkən məhkəmə təcrübəsinə və cəza siyasətində ardıcıllığa əməl etmədiyinə və qanunvericiliyin tələblərini pozduğuna görə Siyəzən Rayon Məhkəməsinin hakimi İlqar Quliyevə irad tutulub. Eyni zamanda iclasda tərəfləri məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırmadığına, məhkəmə qərarlarını tərəflərə vaxtında göndərmədiyinə və digər pozuntulara yol verdiyinə görə 1 hakim barədə intizam icraatı başlanıb, bəzi kadr məsələlərinə baxılıb. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol